Güney Azərbaycanla bağlı tarixi addım – Hərəkətə keçdilər

 

İsrail parlamentinin 32 deputatı Güney Azərbaycanla bağlı ölkənin Xarici İşlər Nazirliyinə (XİN) müraciət edib. Deputatlar İsrail XİN-dən İran müxalifətinə və Tehranın cənubi azərbaycanlılara qarşı repressiv addımlarının güclənməsinə diqqət yetirməyi xahiş ediblər. Deputatların müraciətində bu cümlələr var: "Azərbaycanlılar İranda sayı 20 milyondan çox olan ən böyük millətdir. Rejim mədəni soyqırımı siyasəti yürüdür, azərbaycanlıların təhsil almaq və irsini ötürmək, Azərbaycan dilini öyrətmək və hətta uşaqlarını qeydiyyata almaq hüquqlarını məhdudlaşdırır”.

Musavat.com xəbər verir ki, bu barədə "Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir.

Mərkəzin ekspertlərinin fikrincə, İsrail parlamentinin 32 deputatının Güney Azərbaycanla bağlı ölkənin XİN-ə müraciəti tarixi hadisədir:

"Birincisi, 32 deputat İsrail parlamentinin bütün üzvlərinin dörddə biridir. Bu say arta da bilər. İranda İslam inqilabından bu yana İsrail düşmən dövlət elan edilib. Halbuki İranda şah rejimi dövründə Tehranın İsraillə sıx münasibətləri vardı. İran və İsrail ABŞ-ın bölgədəki iki əsas müttəfiqi idi. İrandakı rejim İsraili düşmən ölkə elan etdikdən sonra İsrail də ona qarşı mübarizəni gücləndirib.

İranın nüvə fəaliyyətləri ilk növbədə İsraili narahat edir. Çünki İran nüvə silahı əldə edərsə, İsrail hədəf götürüləcək. Buna görə də İsrail hökuməti və deputatları İrandakı rejimin dəyişməsini və bu ölkədə xalq hakimiyyətinin formalaşmasını istəyirlər. İkincisi, İsrail İrandakı prosesləri diqqətlə izləyir və haqlı olaraq bu qənaətə gəlib ki, İranda yaşayan azərbaycanlılar əsas güclərdən biridir. Bu güc İrandakı teokratik rejimi laxladacaq səviyyədədir. İrandakı rejim ən çox azərbaycanlı fəallardan qorxur və ən çox həbs olunanlar da məhz azərbaycanlılardır. Buna görə də İsrail Güney Azərbaycan mövzusuna diqqət ayırmağı lazım bilib.

İsrailin Güney Azərbaycana artan diqqəti İran rejimi ilə yanaşı, ona müxalif olan şah tərəfdarlarını da narahat edib. İranın keçmiş şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi Tvitter hesabında İsrail parlamentinin 32 deputatının Güney Azərbaycanla bağlı müraciətini "qəbulolunmaz hərəkət” adlandırıb.

Pəhləvi Knesset üzvlərinin bu müraciətini "İranın ərazi bütövlüyünə qarşı addım” kimi dəyərləndirib: "Belə ağılsız bəyanatlar İsrail liderləri və yüksək rütbəli rəsmilərinin onlarla keçirdiyim görüşlərdəki mövqeləri ilə tamamilə ziddiyyət təşkil edir. Bu gün mən Yerusəlimdəki dostlarımıza özümün və həmvətənlərimin bu məsələ ilə bağlı narahatlığımı bildirdim. Deputatların müraciəti İran hakimiyyətinin maraqlarına xidmət edir”.

Pəhləvi İsrail dövlətinin məsələyə aydınlıq gətirməsini, İran-İsrail xalqları arasındakı dostluğa kölgə salan hərəkət barədə açıqlama verməsini xahiş edib”.

Təhlildə vurğulanır ki, Rza Pəhləvinin atası və babası azərbaycanlılara İrandakı rejimdən az zülm etməyib:

"Şahın hakimiyyəti dövründə minlərlə azərbaycanlı qətlə yetirilib, həbsxanalar günahsız insanlarla doldurulub. Nəvə Pəhləvinin ilk növbədə şah rejimi dövrünün, yumşaq desək, səhvlərini etirafı və bir daha bunların gələcəkdə təkrarlanmamasını vurğulaması lazımdır. Ancaq bunu etmək əvəzinə, Güney Azərbaycan amilinə önəm verən İsrailə qəzəblənib. Halbuki bir müddət əvvəl Pəhləvi İsrailə səfər etməyi lazım bilmişdi. Yəqin Pəhləvi yanlış olaraq düşünüb ki, əgər onu İsrailə dəvət ediblərsə, İran rejiminə əsas alternativ kimi məhz onu qəbul edirlər.

Pəhləvi və onun tərəfdarları son aylarda fəallaşıblar, özlərini İrandakı indiki rejimə əsas alternativ kimi göstərməyə çalışır, müxtəlif forum və konfranslarda iştirak edirlər. Buna rəğmən, Qərb ölkələrində siyasi sığınacaq tapan və illərdir İran rejiminə qarşı mübarizə aparan Güney Azərbaycandan olanlar da fəallıqlarını artırıblar və onlar Pəhləvini İrandakı rejimə alternativ kimi görmürlər. İsrail və Qərb ölkələri Pəhləvi ilə dialoqlarına baxmayaraq, İran rejiminə müxalif olan bütün qüvvələrlə təmas qurmağı lazım bilirlər. Bu, doğru strategiyadır. Çünki İranda rejimə qarşı mübarizə aparan fərqli millətlər, o cümlədən azərbaycanlılar demokratiya, insan və milli hüquqlar uğrunda mübarizə aparırlar. Onlar ona görə mübarizə aparmırlar ki, Pəhləvi sülaləsi yenidən hakimiyyət başına keçsin”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300