85 gündür aclıq edən Zamin Salayevin işi üzrə məhkəmə başladı

 

Çərşənbə axşamı Bakının Qaradağ Rayon Məhkəməsində hakim RufanMürsəlovun sədrliyi ilə Xalq Cəbhəsi Partiyasının Salyan rayon təşkilatının sədri Zamin Salayevin işi üzrə hazırlıq iclası keçirilib.

Məhkəmə mahiyyəti üzrə dinləmələri mayın 11-nə təyin edib.

Vəkil Nemət Kərimlinin Turan-a verdiyi məlumata görə, Salayev məhkəməyə bildirib ki, ona qarşı cinayət işi siyasi sifarişdir və buna etiraz əlaməti olaraq o, 85 gündür aclıq edir.

O, aclığı sonuna qədər davam etdirəcəyini deyib:"Ya azadlıq, ya ölüm”.

Vəkil məhkəmə tərkibinə etiraz edib, belə ki, hakim Mürsəlov daha əvvəl müdafiə tərəfin Salayevin ev dustaqlığına keçirilməsi haqqında vəsatətini təmin etməyib və qərəzsiz ola bilməz.

Müdafiə tərəfi həmçinin cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi haqqında vəsatət qaldırıb. Amma etiraz və vəsatət təmin edlməyib.

Prosesi müşahidə edən AXCP lideri Əli Kərimli belə deyib: "85 gündür aclıq edən insanı adi maşınla məhkəməyə gətirirlər. O, özü hərəkət edə bilmir. Ona qarşı belə rəftar açıq-aşkar amansızlıqdır”.

* Xatırladaq ki, fevralın 8-də Bakının Qaradağ rayon məhkəməsi Salayevi üç ay müddətinə həbs edib. Ona qarşı CM-in 221.3-cü maddəsi ilə cinayət işi açılıb. Fəal 5 ilədək azadlıqdan məhrum edilə bilər.

Zamin Salayev məhkəmədə ona qarşı irəli sürülmüş ittihamın yalan olduğunu və sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə cəzalandırıldığını bildirib.

Hüquq müdafiəçiləri Salayevi siyasi məhbus kimi tanıyıblar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300