Vilayət Hacıyev "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq

 

Görkəmli tərcüməçi, filoloq Vilayət Hacıyev sabah "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

Bu barədə APA-ya mərhumun qızı məlumat verib.

Onun sözlərinə görə, əvvəlcə vida mərasimi keçiriləcək: "Səhər 9-10 arası Heydər Məscidində vida mərasimi olacaq. Daha sonra isə "Qurd qapısı"na aparılıb orada dəfn olunacaq".

Xatırladaq ki, Vilayət Hacıyev uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Görkəmli tərcüməçi Erix Mariya Remarkın "Zəfər tağı”, Herman Hessenin "Yalquzaq”, Haynrix Böllün "Bir təlxəyin düşüncələri", "Kişisiz ev”, Frans Kafkanın "Məhkəmə" və bir sıra bu kimi dünyaca məşhur əsərləri orijinaldan dilimizə tərcümə edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300