Donald Tramp həbs edildi

 

ABŞ-nin keçmiş prezidenti Donald Tramp qiyabi həbs olunub.

Uluyol.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Həbs ona qarşı ittiham irəli sürülənədək davam edəcək. Trampın yarım saat ərzində məhkəməni sərbəst tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, həbs onun həbsxanaya salınması deyil. Təqsirləndirilən şəxs yalnız ittiham irəli sürülən zaman həbsdə qalır.

Tramp əvvəllər həbslə nəzərdə tutulan faktiki olaraq bütün əlavə prosedurlardan azad edilib. Onun əlləri qandallanmayacaq, iş materialları üçün şəkli çəkilməyəcək, sabiq dövlət başçısının barmaq izləri əvvəlcədən götürülüb.

Daha əvvəl "Yahoo News” portalı prokurorluqdakı mənbələrə istinadən məlumat yayıb ki, Trampa qarşı qaldırılacaq 34 bəndlik ittihamların hər biri 4 ilədək həbs cəzası ehtimalını ehtiva edir.

"Donald Tramp çərşənbə axşamı həbs olunacaq və ona qarşı maliyyə sənədlərinin saxtalaşdırılmasına görə 34 ağır cinayət maddəsi üzrə ittihamlar barədə məlumat veriləcək”, – mənbə bildirib.

Nyu-Yorkun cinayət məcəlləsinə görə, bu, dörd ilə qədər həbslə cəzalandırıla bilər./Report/

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300