Fransa kəşfiyyatı İŞİD-i belə maliyyələşdirib -ŞOK SƏNƏDLƏR

Fransanın sement şirkəti,Suriyadakı fəaliyyətlərini davam etdirmək üçün terror təşkilatı İŞİD-a pul ödədiyi üzə çıxan "Lafarge”in keçmiş baş icraçı direktoru Bruno LafontFransa dövləti və kəşfiyyat xidmətləri ilə şirkət arasında "çox xüsusi" əlaqənin olduğunu etirafedib.

Musavat.com xəbər verir ki, 2007-2015-ci illərdə şirkətin baş direktoru olmuş Lafont Fransanın "Liberation" nəşrinə müsahibəsində bildirib ki, Fransa kəşfiyyatının ünsürləri 2014-cü ilə qədər şirkətin Suriyadakı fəaliyyətinə sızıb.

"Lafarge” Suriyadakı fəaliyyətini davam etdirmək üçün 2013-2014-cü illərdə terror qruplarını maliyyələşdirirdi. Fransanın dövlət və kəşfiyyat xidmətləriiləşirkət arasında çox xüsusi bir əlaqə olduğunu öyrəndik. Son illərdə öyrəndiyim hər şeyi ədliyyə orqanlarına çatdıracağam" - o deyib.

0 (85).jpg (60 KB)

Lafont həmin dövrün kəşfiyyat səlahiyyətliləri və prezidentin hərbi müşavirindən ifadə alınmasınınvacibliyini vurğulayıb və bunların ediləcəyi təqdirdə həqiqətin üzə çıxacağına işarə edib:

"Düşünürəm ki, hökumətin bizimlə maraqlanmasının bir səbəbi fabrikimizin yerləşdiyi ərazinin antiterror koalisiyası və Fransa üçün çox strateji yerdə olması idi. Bu səbəbdən səlahiyyətlilər bizi "Suriyadakı fəaliyyətimizi davam etdirməyə” təşviq etdilər. Biz deyəndə özümü yox, səfirlərlə, digər idarəçilərlə əlaqədə olan dostlarımı nəzərdə tuturam".

Digər tərəfdən, Lafont dövlətin fabrikdə həyata keçirilənfəaliyyətlərdən və terrorçu qruplara edilən ödənişlərdən xəbərsiz olduğunudeyib.

Qeyd edək ki, 7 sentyabr 2021-ci ildə Anadolu Agentliyi (AA) Fransanın "Lafarge" şirkətinin Fransa kəşfiyyatının məlumatı iləİŞİD terror təşkilatını maliyyələşdirdiyini sübut edən sənədlər dərc edib.

resized_0f9ed-caf8415dfotoram.jpg (302 KB)

Sənədlərə görə, şirkət terror təşkilatı ilə əlaqəsi barədə Fransa kəşfiyyat orqanlarını daim məlumatlandırıb. Fransa kəşfiyyatı və dövlət qurumları "Lafarge"a terrorizmi maliyyələşdirməklə bəşəriyyətə qarşı cinayət törətdiyi barədə xəbərdarlıq etməyib. İŞİD sözügedən şirkətdən aldığı sementdən sığınacaq və tunellərin tikintisində istifadə edib.

2017-ci ilin iyununda şirkətə qarşı başladılan istintaq çərçivəsində bəzi yüksək vəzifəli şəxslər, o cümlədən Bruno Lafont "terrorçuluğu maliyyələşdirməkdə” ittiham edilib.

Terror təşkilatı İŞİD-in bölgəni ələ keçirməsinə baxmayaraq, istehsalı davam etdirən şirkət 2014-cü ilin sonunda fəaliyyətini dayandırıb, lakin şirkət İŞİD-ə "xərac" verməklə yanaşı, təşkilatdan material və yanacaq alıb.Bu addımıÇələbiyyə bölgəsində fəaliyyətlərini davam etdirmək məqsədilə atıb. Şirkət 2015-ci ilin iyulunda isveçrəli rəqibi "Holcim" ilə birləşərək adını dəyişib.

Şirkət həmin ilin oktyabrın 18-də ABŞ-da Bruklin federal məhkəməsində İŞİD-ə yardım cinayətini qəbul edib və 777,78 milyon dollar cərimə ödəməyə razılaşıb. Lakin 2016-cı ildən Fransada açıq şəkildə müzakirə edilən "İŞİD-ə yardım” illər keçməsinə baxmayaraq, istintaq mərhələsində qalıb.

Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300