İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb
İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb.
APA xəbər verir ki, bu barədə Pakistan ordusunun media orqanı ISPR məlumat yayıb.
Bildirilib ki, hadisə Bəlucistan əyalətinin cənub-qərbindəki Keç rayonunda baş verib
"İran tərəfdən fəaliyyət göstərən bir qrup terrorçu
Pakistan-İran sərhədi boyunca fəaliyyət göstərən Pakistan təhlükəsizlik qüvvələrinin
sərhəd patruluna hücum edib.
Terrorçulara qarşı effektiv tədbir görülməsi və gələcəkdə belə hadisələrin qarşısının
alınması üçün İran tərəfi ilə lazımi əlaqə qurulur", -məlumatda qeyd
olunub.
Hadisə ilə bağlı heç kim məsuliyyəti üzərinə götürməyib.
Qeyd edək ki, Pakistan-İran sərhədi 900 km uzunluğundadır. Daha əvvəl də İran - Pakistan sərhədində təhlükəsizlik insidentləri baş verib.