Elektron poçt xidmətlərimiz kibercasusluğun HƏDƏFİNDƏ

 

Azərbaycanda dövlət qurumlarının istifadəsi üçün yaradılmış Mərkəzləşdirilmiş elektron poçt xidmətinin Rusiyanın "Winter Vivern” adlı kiberqruplaşması olan "Zimbra Colloboration” serverləri ilə əlaqəsi yoxdur.

Bu barədə Musavat.com-a dövlət qurumlarının informasiya təhlükəsizliyini təmin edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən (XRİTDX) bildirilib.

Məlumata görə, "Zimbra”ya rəqib olan "Proofpoint” şirkətinin açıqladığı hesabatda "Zimbra Colloboration” serverlərində tapılan CVE-2022-27926 nömrəli boşluq vasitəsi ilə bir sıra ölkələrdə kibercasusluq əməliyyatları etdiyi iddia olunur.

"Sözügedən hesabatda Azərbaycanın da hədəflər içərisində olduğu qeyd olunsa da, bu hədəflərə qarşı kibercasusluğun uğurlu və ya uğursuz olması barədə heç bir məlumat verilməyib.

"Dövlət qurumlarının istifadəsi üçün yaradılmış elektron poçt xidməti "Zimbra" platforması üzərində qurulmayıb. Hazırda Xidmətimiz tərəfindən250dövlət qurumunun500-dən çox domeni üzrə30 000-ə yaxın istifadəçisinə xidmət göstərilir. Mühafizə olunan Mərkəzləşdirilmiş elektron poçt xidmətindən isifadə etməyən digər dövlət qurumlarının bu şəbəkəyə inteqrasiyası cari ilin sonuna kimi başa çatdırılacaqdır", - Xidmətdən bildirilib.

Qeyd olunub ki, Xidmət tərəfindən qurulan mərkəzləşdirilmiş elektron poçt xidmətindən istənilən forma və təyinatlı kiberhücumlar daima izlənilir və qarşısının alınması üçün vaxtında lazımi tədbirlər görülür:

"Ümumilikdə isə dövlət qurumlarına qarşı kiberhücumlar daima həyata keçirilir. Bunların arasında kibercasusluq məqsədi ilə saxta domenlərin yaradılması və hesabların ələ keçirilməsinə cəhd halları da müşahidə olunur. Ötən il mütəxəssislərimiz tərəfindən aparılan kiber kəşfiyyat fəaliyyəti nəticəsində dövlət qurumları domenlərinə bənzədilmiş48saxta domen yaradılması halları müəyyən edilmiş, hələ hazırlıq mərhələsində onların bloklanması həyata keçirilməklə kiberhücumların qarşısı alınıb”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300