Xalq artisti Ramiz Novruzdan danışıb KÖVRƏLDİ:"Son görüşümüzdə mənə dedi ki…”

 

"40 gün nə tez gəlib keçdi, amma yoxluğunla hələ də barışa bilmirəm…”

Bunu bu gün 40 mərasimi olan mərhum aktyor Ramiz Novruzla bağlı danışarkən Xalq artisti Rafiq Əzimov Yenicag.az-a açıqlamasında deyib.

"Bu gün Ramizin ölümündən 40 gün keçir. Amma hələ də onun yoxluğuna inanmaq olmur. Teatra gedəndə hər yerdə gözüm onu axtarır. Sonuncu dəfə də onunla teatrda görüşmüşdük. Ağır xəstəliklə mübarizə aparsa da, üzdə bunu qətiyyən büruzə vermirdi. Çox nikbin insan idi, sağalacağına ümid edirdi. Bərabər bir çox tamaşalarda səhnə bölüşmüşük. Son görüşümüzdə ona dedim ki, "Müfəttiş” tamaşasında birgə səhnəyə çıxmağa nə vaxt gəlirsən? Cavab verdi ki, toparlanım, gələcəm. Amma amansız xəstəlik onun bir də səhnəyə çıxmasına aman vermədi. Ramiz obrazları ilə hər zaman tamaşaçı qəlbində yaşayacaq. Çünki o cür sənətkarlar hər zaman ölümsüz olur. Gözəl aktyor olmaqla bərabər, Ramiz həm də gözəl insan, ata, baba və gözəl dost idi. Ölüm ona heç yaraşmırdı. Heyif, aramızdan çox tez getdi”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300