Peruda etiraz aksiyalarının bir ayı ərzində 48 nəfər həlak olub

 

Peruda vəzifədən kənarlaşdırılan və həbs edilən sabiq prezident Pedro Kastilyonun tərəfdarlarının dekabr ayının ortalarından başlayan etiraz aksiyalarının gedişində azı 48 nəfər həlak olub.

AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, yanvarın 11-də turistlərin "Maçu Pikçu” xarabalıqlarını görmək üçün getdiyi Kusko şəhərində yeni toqquşmalar baş verib. Etirazçıların hava limanını ələ keçirmək cəhdi zamanı bir nəfər ölüb, 37 mülki şəxs və altı polis əməkdaşı isə xəsarət alıb.

Ölkədə ən qanlı toqquşmalar isə yanvarın 9-da baş verib - Titikaka gölünün sahilində yerləşən Juliaka şəhərində iğtişaşlar nəticəsində 17 nəfər həyatını itirib, bir polis əməkdaşı isə diri-diri yandırılıb.

Hazırda Perunun 41 əyalətində etiraz aksiyaları davam edir. Pedro Kastilyonun əsasən kəndlilərdən ibarət tərəfdarları əvvəllər vitse-prezident postunu tutan, sabiq prezidentin vəzifədən kənarlaşdırılmasından sonra ölkəyə rəhbərlik edən Dina Boluartenin istefasını və yeni prezident seçkilərinin keçirilməsini tələb edirlər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300