İran XİN sözçüsü Tehran-Bakı münasibətlərindən danışıb

"İran və Azərbaycan iki qonşu ölkədir. Uzun, müştərək sərhədlərə malikdir, müştərək maraqlardan ortaya gələn siyasi əməkdaşlıqları mövcuddur”.

Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.

"Düşünürük ki, iki ölkə arasında mövcud olan bəzi anlaşılmazlıqlar danışıqlar yolu ilə həll olunmalıdır. Azərbaycan tərəfi bu haqda müsbət addımlar atıb və İran da öncədən olduğu kimi, bu çərçivədə addımlayır”, - o bildirib.

Kənani İran və Azərbaycan arasında münasibətlərin soyuq olmasına dair iddiaları təkzib edərək qeyd edib ki, bəzi anlaşılmazlıqlara baxmayaraq, İranla Azərbaycan arasında münasibətlər normaldır.

O, Məhəmməd Baqir Qalibafın İran-Azərbaycan-Türkiyə parlament sədrlərinin üçtərəfli görüşünə də münasibət bildirib. XİN rəsmisi vurğulayıb ki, beynəlxalq iclaslarda bir neçə tərəfli görüşlərin keçirilməsi təbiidir və belə bir görüşün keçirilməsi üçün əlverişli şərait var.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300