Ərdoğan:"Türkiyə PUA-larının Qarabağdakı uğurları..."

Türkiyənin PUA-ları Qarabağ zəfərindən Liviyaya, terrorla mübarizədən xüsusi əməliyyatlara qədər geniş bir sahədə əldə etdikləri uğurla dünyadakı müharibə qaydalarını dəyişdirir.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin ilk tam olaraq yerli istehsalı olan yeni nəsil "Fırtına” haubitsasının təqdimat mərasimində çıxışı zamanı bildirib.

O qeyd edib ki, təqdim olunan "Fırtına” və PUA-lar artıq terrorçuların kabusuna çevrilib.

"Suriyada əməliyyatlarımız çərçivəsində onların nə qədər vacib olduğunu gördük. 2023-cü il müjdələrlə dolu və vacib il olacaq. Milli döyüş təyyarəmiz anqardan çıxacaq. Təlim və yüngül hücum təyyarəmiz "Hürjet” ilk uçuşunu edəcək və dünyanın ilk pilotsuz gəmisi olacaq "Anadolu” da təhvil veriləcək”, - Türkiyə lideri vurğulayıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300