Bu uşaq qidasını alarkən diqqətli olun!

 

"Uşağım 4 aylıqdır. Həkimlərin məsləhəti ilə körpəmi süni qida ilə qidalandırmağa məcbur idim. Son 3 ayda körpə allergiyaya meyilli olduğu üçün həkimin məsləhəti ilə "NutrilakPremium"dan istifadə edirəm. Dekabrın 17-də Abşeron rayonu, Saray ŞTQ, M.Əsədov küçəsi, ev 1, mənzil 67-də yerləşən "Dokta" aptekdən 20 AZN-ə adını qeyd etdiyim süni qidanı aldım. Məndə aptekin verdiyi ƏDV çeki qalıb. Evə gətirib qidanı əvvəllər hazırladığım kimi, malın üzərində yazılmış qaydaya əsasən hazırlayan zaman qoxusunun xoşagəlməz olduğunu hiss etdim və körpəyə verməmək qərarına gəldim".

Musavat.com-un redaksiyasına müraciət edən Lamiyə Kazımova övladı üçün aldığı süni qidanın xarab olduğunu, lakin aptekin onun şikayətinə məhəl qoymadığını bildirdi:

""Dokta" aptekinə getdim ki, məsələni aydınlaşdırım, aldığım malı qaytarım. Vəziyyəti aptekçiyə başa saldım, malın yoxlanmasını, geri götürülməsini xahiş etdim, aptekçi müdiriyyətə zəng etdi və cavabı bu oldu ki, bizim aptek 3-cü şəxsindir, mənlik bir şey yoxdur, qaytarmayacağam, gedin, hara istəyirsiniz şikayət edin, bizim öz qanunlarımız var, qaytarmırıq və malı araşdırmırıq. Əlbəttə, şübhələndiyim qidanı körpəyə verə bilməzdim. Başqa aptekdən eynilə bu xarab malla eyni buraxılma və yararlılıq müddəti olan malı alıb evə gətirdim, hazırladıqdan sonra xarab məhsulla müqayisə etdim. Müqayisə zamanı məlum oldu ki, qoxular tam fərqlidir və xarab mal hazırlanan zaman həllolma çox gec baş verir, suya düşən zaman qaşıq formasında bütöv qalır. Qeyd edim ki, bu malların etiketində 6 dildə məlumat olsa da, yalnız Azərbaycan dilində olan bölmədə idxalçı şirkət barədə məlumat yoxdur. İnternetdən tapdım ki, bu şirkət "Nutrient LLC"dir. Düşünürəm ki, mənə satılmış bu məhsul partiyası təhlükəli ola bilər, körpələr zəhərlənə bilər".

Nigar HƏSƏNLİ,
Musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300