"Optimal Elektronika”da nə baş verir? -Direktorun ölkədən çıxşına "stop” qoyulub, maaşlar isə verilmir

 

"Optimal Elektronika” MMC-nin təsisçisi və baş direktoru Əsgərov Əhəd Tofiq oğlunun ölkədən çıxışına qadağa qoyulub.

Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Əhəd Əsgərovun ölkədən çıxışının məhdudlaşdırılması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İşə hakim Leyla Əliyevanın sədrliyi ilə baxılaraq, onun ölkədən çıxışına "stop” qoyulub.

 

Əldə etdiyimiz digər məlumata görə, iş adamının təsisçisi olduğu "Stentor" MMC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 milyon 23 min 752 manat 6 qəpik borcunu ödəsə də, yerli və xarici şirkətlərə olan milyonlara manat borcu aylardır ödəyə bilmir.

 

Son bir ildə 82 filialından 39-u bağlanan "Optimal Elektronika” MMC-nin aylardır işçiləri də maaşların ala bilmir. Əməkdaşların 70 faizi işdən çıxsa da, bir neçəsi əmək haqqlarının ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib. Bəzi işçilər isə məcburi qaydada öz hesablarına məzuniyyətə göndərilib.

 

Məsələ ilə bağlı "Optimal Elektronika” MMC-yə müraciət etdik. Şirkətdən məhkəmə işlərinin olduğu təsdiqlənsə də, sorğumuza daha ətraflı yaxın vaxtlarda cavab verəcəklərini bildirdilər./Qaynarinfo

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300