12_prezident-safar-minsk-mdb-iclas-ishtirakÖzüm "ULU YOL”Gənclər Təşkilatının sədri,araşdırma çı-yazar və müstəqil jurnalist kimi fəaliyyətim var.QHT-lərin dövlət qeydiyyatı dayandırıldığın dan Gənclər təşkilatımız rəsmi olaraq tanınmır,amma bu günə kimi bir neçə tədbir,layihələ rimiz olmuşdur.Gənc yazar kimi yaradıcılığımın  əsas hissəsin dövlətimizin xilas yolu,inkişafı,i nsanların hüquq və azadlıqlarının müdafiəsi olmuşdur.”Bayra q haqqı”,”Saxta erməni soyqrımı”,”Çana qqala 100 il”,”Vətəni sevmək imandandır ",”Dövlətçiliyi mizin sütunlarından biri -türkçülük”,”Yo xun varlığı”"Müstəq illiyimizin əbədi olması birlikdən keçir” və s. araşdırma yazılarım olmuşdur.Müstəq il jurnalist kimi fəaliyyətimin isə əsas mövzusu Neftçala rayonu ilə bağlıdır.Bu rayonda doğulub boya-başa çatmışam.Neftça la rayonunu problemlər bataqlığında olma səbəbi ilə çalışdığım iş yerimdən öz istəyimlə çıxıb ,artıq 4 aydır ki,Neftçala rayonundayam və 10-larla problemin işıqlandırılmas ında bir-başa əməyim keçib.Heç bir mətbu orqandan qonarar almıram,yalnız burada marağım problemlərin kökünə gedib,həll olunmasıdır.Sev indirici haldır ki,müraciət edən sakinlərin bir neçəsinin artıq problemləri həll olunmuşdur.

Namizədliyimi irəli sürdüyüm gündən bu günə kimi dəfələrlə psixoloji təzyiqlər,sənəd lərin götürülməsində yaradılan süni problemlər,və sonda təqdim etdiyimiz imza vərəqələri isə tam könüllülük prinsipi saxlanmaqla alınmışdır.Amma  imza vərəqələri bizim iştirakımız olmadan yoxlanmışdır.Bi z imza vərəqələrin oktyabr ayının 29-u versəkdə 30-u tarixindən hesablanıb.Sənə dlərimizin MSK-a göndərilməsin vurğulayan DSK-dan məsul şəxslər hər bir sənədin qaydasında olmasın,və imzaların yetərli olduğun qeyd etsələrdə,bir gün sonra imza vermiş şəxslərə hədə-qorxu gələrək imzalarında müxtəlif bəhanələrlə imtina etdirmişlər.Bu işdə seçki prosesinə adiyyatı olmayan müxtəlif icra orqanları iştirak etmişlər.Bu xəbəri eşidən kimi,Neftçala rayonunda göndərəcəyimiz sənədin mahiyyətinə görə qəbul etməyəcəklərin bilib,dərhal qonşu rayon olan Salyan Mərkəzi Poçt şöbəsindən MSK-nın sədri Məzahir Pənahova 3 okyabr tarixində teleqram göndərilmişdir. Üç gün sonra oktyabrın 6-i saat 17:00 tarixində imza vərəqələrinin yoxlanması səbəbindən təcili DSK-da olmağımız bildirilmişdir. Göstərilən tarixdə Mən və Müsavat partiyası Neftçala rayon təşkilatının sədri , iki müavini,səlahiy yətli nümayəndəm,QHT- ından olan insanlarla 16:40 radələrindən DSK-da gözləmişik.İcla sın vaxtından yarım saat keçdikdən sonra katib Səkinə Abbasova gəlmiş ,sədrin MSK-ya çağırıldığın bildirmiş və iclasın artıq keçirildiyin dedi.Biz qərarı tələb edəndə dediklərin təkzib edib sabah ,yəni 7 oktyabr tarixində keçirilməsin bildirmişdir.7 okyabr tarixində yekun qərar evə göndərilir və məlum olur ki,iclas 6 oktyabr tarixində keçirilib.

7 oktyabr tarixində göndərilən qərar isə özlərin ifşa edən sənəddir.Beləki ,yetərsiz imza sayı 36-dır.Və bura əlavə olunan Müsavat Partiyası Nefçala rayon şöbəsinin sədrinin guya imza toplamağa ixtayarı olmamasın əsas gətirib bir imza vərəqəsin hesablamayıblar .Necə olur axı,Partiya tərəfindən irəli sürülən namizəd üçün partiyanın rayon təşkilat sədri imza toplaya bilmir?! Yaxşı,bu 50 imzanı da qeyd etsək alınan hesab 86-a bərabər olur.Amma DSK-nın qərarında 205 yetərsiz imza göstərilir.Qəra rı göndərdikdən sonra səhv etdiklərin görüb hal-hazırdada imza verən şəxsləri qapı-qapı gəzib əleyhimə imza toplamağa davam edirlər.İnsanla rda özləri və yaxınlarının işinin itirilməsindən, bəhanələrlə tutulacağından ehtiyat edib kütləvi ərizə yazdırırlar.Bel ə bir addımla seçkinin demokratik keçirilməsinə şübhə yaradırlar.Seçk i başlayandan bu günə kimi rayonda nüfuz sahibləri,müxtə lif icra strukturları vasitəsilə şirnikləndirməl ər olmuşdur.Heç cür namizədliyimi geri götürməyəcəyimi  görüb ,bütün çirkin yollara əl atırlar ki,namizədliyim  təsdiq olunmasın. Artıq Neftçala rayonunda elə vəziyyət yaranıb ki,özümün və yaxınlarımın həyat təhlükəsi var.Burada günahkar olan insanlar bu günə kimi hədə-qorxu gələn insanlardır.15 il Neftçala rayonundan mandat alan Arif Rəhimzadənin resurslarının tükəndiyin görüb,rayonda olan bütün icra orqanlarına "səfərbərlik”el an olunub.Məgər azad-demokratik  seçki mühiti budurmu?

Cənab İlham Əliyev,bu sadaladıqlarımı  Sizin nəzərinizə çatdırmaqda əsas məqsədim odur ki,bu gün ölkədə vətəndaşların əqidəsinə görə incidilməsi,işd ən çıxarılmalar,hə bs olunacağı lə qorxutmalarıdır .Hətta,vəziyyət  elə yerə çatıb ki,doğmalarım belə bizdən üz döndərib.Hərə onsuzda bir tikə çörəyin çətinliklə tapır,itirəcəyi işdən ehtiyatlanırlar .

Sizin son Neftçala rayonuna gəlişinizlə bağlı aparılan abadlıq işləri artıq sıradan çıxıb.Salyan-Ne ftçala magistral yolu artıq dağılır,əkilən 2000 ağacı yanmışdır.İcra orqanları yalandan Sizə hər şeyin qaydasında olmasın desədə ,reallıqda bu heç də deyildiyi kimi deyildir.

Bir gənc kimi ölkəmin problemlərinə bu qədər can yandırmışam, üçüncü təhsilimi almağa hazırlaşıram.Ya zılarım xalqın maariflənməsi,d övlətimizin iqtisadi-siyasi  gücünün artması yolları olduğu halda hər vəchlə yolumu kəsirlər.Hal-ha zırda bir qəpiyim olmadığı halda,və dövlət büdcəsində də heç nə istəmirəm.Əlimd ə olan layihələrlə işsizliyin tüğyan etdiyi Neftçala rayonun sözün həqiqi mənasında cənnətə çevirməyə qadirəm.Yetər ki,bu məhrumiyyətlət aradan qaldırılsın.

Dünyada baş verən iqtisadi-siyasi  proseslər heç də yaxşı bir şey vəd etmir.Bu halda milli birlik yaradıb,əl-ələ verib dövlətimizin müstəqilliyinin  qorunması,güclə nməsi,xarici qüvvələrin təsirindən sığortalanmaq üçün yollar axtarılmalıdır. Bu yönümdə Sizin müraciətimə biganə yanaşmayıb,haqq ın bərpa olunmasına yardımınızın dəyəcəyinə şübhə etmirəm

Hörmətlə:”ULU YOL”Gənclər Təşkilatının sədri: Saday FƏRƏCOV


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300