Rusiya prokurorluğu Azərbaycan vətəndaşının intihar etməsindən sonra 2 saylı İstintaq Təcridxanasında yoxlama aparıb, 7 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunub.

Uluyol.info report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

Nəzarət İdarəsinin məlumatına görə, Moskva prokurorluğu Rusiyanın Cəzaların İcrası Federal Xidmətinin paytaxt üzrə İdarəsinin 2 saylı İstintaq Təcridxanası federal dövlət müəssisəsində saxlanılan və bir sıra zorakılıq əməllərinə görə ittiham olunan 50 yaşlı Azərbaycan Respublikası vətəndaşının intihar etməsinin səbəblərini araşdırıb.

"Məlum olub ki, kişi həbsdə saxlanılan zaman "Cinayət törətməkdə şübhəli bilinən və ittiham olunan şəxslərin həbsdə saxlanılması haqqında" Federal Qanunun 34-cü maddəsinin tələbləri, həmçinin məcburi saxlanma yerlərində həbs olunan şəxsə nəzarət və onun mühafizə olunması haqqında müəssisə normativ aktları kobud şəkildə pozulub. Şəhər prokurorluğu yoxlamaların nəticəsinə əsasən, sözügedən müəssisə rəhbərliyinə aşkar olunan qanun pozuntularının aradan qaldırılması, həmçinin günahkar vəzifəli şəxslərin məsuliyyətə cəlb olunmasına dair göstəriş verib. Göstərişə baxılıb", - deyə məlumatda bildirilir.

Məlumatda hadisənin nə zaman baş verdiyi qeyd olunmayıb. Bildirilib ki, prokurorluğun tələbləri tam həcmdə yerinə yetirilib, istintaq təcridxanasının 7 vəzifəli şəxsi ciddi intizam məsuliyyətinə cəlb olunub. Onlardan dörd nəfərinə vəzifəyə tam uyğun olmamasına dair xəbərdarlıq edilib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300