Ceyhun Bayramov: "Azərbaycan Vardanyanın Qarabağı tərk etməsini tələb edir”

 

"Sülh sazişi üzrə Ermənistan tərəfinin təqdim etdiyi paketdə yeni heç nə yoxdur, Ermənistan yenidən danışıqlar prosesinin imitasiyasını yaradır”.

Uluyol.info oxu.az-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Ceyhun Bayramov həmçinin erməni milyarder Ruben Vardanyanın Qarabağda olmasına da münasibət bildirib.

"Azərbaycan Ruben Vardanyanın Qarabağı tərk etməsini tələb edir. Onun fəaliyyəti cinayətkar-avantürist xarakter daşıyır. Biz hesab edirik ki, buna son qoyulmalıdır. Bu insan regionu nə qədər tez tərk etsə, hər kəs üçün bir o qədər yaxşıdır. Bundan ilk növbədə yerli əhali əziyyət çəkir. Onun regionda peyda olmasına qədər yaxşı əlaqələr, reinteqrasiya ilə bağlı müsbət faktlar vardı”, - deyə C.Bayramov bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300