ABŞ İranın baş prokuroruna sanksiya tətbiq etdi

 

ABŞ hökuməti İrandakı etirazlarla bağlı bir İran şirkətinə və bu ölkənin bir neçə rəsmi şəxsinə qarşı sanksiya tətbiq edib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub. Siyahıya İranın baş prokuroru Məhəmməd Cəfər Müntəzirinin də adı salınıb.

Bununla yanaşı "Eutelsat” peyki dekabrın 22-də bildirib ki, Avropa İttifaqının İranın Tele-radio Təşkilatına qarşı sanksiyalarının icrasına uyğun olaraq, bu dövlət qurumuna bağlı bütün radio və televiziya kanallarının yayımını dayandırıb."Eutelsat” onu da bildirib ki, İran və Rusiya televiziya kanallarının yayımının dayandırılması ilə şirkətin növbəti ilki gəliri təxminən 10-15 milyon avro azalacaq. "Eutelsat"-in məlumatına görə, bu sanksiyalar dekabrın 21-dən etibarən həyata keçirilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300