Misir və Sübhan niyə həbs edilib? – Marqalı detallar

 

Son zamanlar Ukraynda həbs olunan Mirisr Qasımlı və Sübhan Qulieyevlə bağlı çeşidli məlumatlar media və sosial şəbəkələrdə yer alır. Bu məsələyə münasibətdə ikili yanaşma olsa da, bir çoxları Musanın onun cinayət törətmədiyini bildirir. Hətta belə fikirlər də var ki, Misir və Sübhanın həbsində ermənilərin rolu var.

Hazırda Ukraynda yaşayan həmyerlimizlə sıx əlaqəsi olan Cavid Dəmirli bununla bağlı maraqlı bir araşdırma aparıb. O, özəl olaraq JAMAZ.İNFO-ya göndərdiyi yazısında konkret faktlara əsaslandığını qeyd edib.Beləliklə, Cavid Dəmirli yazır:


Misir Qasımlı və Sübhan Quliyevin işi ilə bağlı həqiqətləri sizə çatdırmağa veridyim sözü tutaraq, məhkəmə hökmü, istintaqla bağlı sənədləri sübutları və hadisənin qısa icmalını sizə çatdırmaq istəyirəm.

6 dekabr 2022-ci il tarixdə Ukrayna Kiyev vilayəti Obuxov rayon məhkəməsinin hökmü ilə Azərbaycan vətəndaşları Qasımlı Misir Elman oğlu və Quliyev Sübhan Babək oğlu 8 il müddətinə azadlıqdan mərhum edildi.

Məhkəmə hökmü Azərbaycan ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Ukrayna əleyhinə çağırışlar, şüarlar hətta Ukraynanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirildi, hətta bir az da qabağa gedərək "Yaşasın Rusiya” deyən provakatorlar meydana çıxdı.

Azərbaycan ictimaiyyətinin narahatlığıni nəzərə alaraq ətrafı araşdırma apararaq sənədlər və sübutlar əsasında əsl həqiqəti insanlara çatdırmağı özümə borc bildim.

Aldığım məlumatların mənbəyi – məhkəmə sənədləri, istintaq, prokurorluq, ittiham aktı, məhkəmə hökmü Azərbaycan diasporası, Səfirlik, Ukraynada yaşayan Ukrayna ictimai siyasi həyatında fəal azərbaycanlılar, Misir və Sübhanın məhkəməsində iştirak edən azərbaycanlılara istinad edirəm. Bu işdə Ukrayna yüksək dairələri və məhkəmədə yaxından iştirak edən azərbaycanlılarla telefon əlaqəsi yaradıldı.

Əslində hadisə necə olub?

09 iyun 2021-ci ildə Misir və Sübhan Kiyev vilayətində yerləşən "Cast Kafe”də dincələrkən İspaniya vətəndaşı (həmçinin Böyük Britaniya) Məhəmməd Əli Yusif Aça adlı Afrika doğumlu xarici vətəndaşla kontak yaradaraq söhbətləşir. Ukraynalı dostları kafeni tərk edir. Məhəmməd Əli Yusif Aça Misir və Sübhanla bir stola əyləşir və onların hesablarını da ödəyir.

Məhəmməd Əli Yusif məskunlaşdığı otelə getmək istəyəndə Misir Məhəmmədə birgə getməyi təklif edir (kafedəki videokameralardakı videogörüntülər də məhkəməyə sübut kimi təqdim edilib).

03:20 dəqiqədə "Cast Kafe”dən çixaraq Misirin subicarəyə götürdüyü boz rəngli Hunday Sonata markalı dövlət qeydiyyat nömrəsi KA 9658 BK olan avtomobillə əyləsirlər.

Avtomobili idarə edən istintaqa məlum olmayan, guya Misir və Sübhanın tanımadığı şəxs, avtomobiln qabaq sərnişin oturacağında Misir əyləşir, arxada solda Məhəmməd Əli Yusuf Aça, sağda isə Sübhan.

Zərərçəkmiş İspan vətəndaşı Məhəmməd Əli Yusif Aça avtomobilin deyilən istiqamətdə hərəkət etmədiyini anladıqda etiraz edir, bu zaman Misir tapança çıxararaq, Sübhan isə bıçağı onun boğazına söykəyərək sakit durmağı tələb edirlər. Avtomobili durdurub Sübhan da zərərçəkmişin sol tərəfinə keçərək onun avtomobildən çıxışını bloklayirlar.

Məhəmməd Əli Yusif Açanın üstündə olan 5 min dollara yaxın ABŞ dolları, Ukrayna qrivnası, qolbaq və 8264 ABŞ dolları dəyərində "Roleks” markalı saat, plastik kartlar və telefon götürülür. Telefona giriş əldə edən Misir telefonda Kriptovalyuta hesabını və plastik bank kartlarına icazə proqramını görür. Misir və Sübhan bıçaqla zərərçəkmişin sol qıçına xəsarət yetirərək ona onların istədiyi bütün məlumatları verməyi tələb edir, başına paket keçirərək ona işgəncə verirlər. Misir zərərçəkmişdən götürdüyü telefona Face İD proqramı ilə (sifət tanıma) giriş əldə edir, kartlara girişi yoxlayır, Məhəmməd Əli Yusifi avtomobildən düşürərək meşəyə aparır. İngilscə bilən taksi sürücüsü isə Məhəmmədə Misirin istədiyi məlumatları verəcəyi təqdirdə onu sağ buraxacaqlarını söyləyir. Nəhayət İspan əsilli ərəb, Məhəmməd Əli Yusif Açanı müxtəlif bədən xəsarətləri ilə meşədə ataraq Misir və Sübhan yola düşürlər.

Məhəmməd Əli Yusif Açanın meşədə saxlanılması 2 saata yaxın davam edib. Məhəmməd yola çıxır və yaxındakı "Moto” yanacaqdoldurma məntəqəsinə çataraq taksi çağırıb qaldığı otelə yetişir və dərhal polisə şikayət edir.

Polis dərhal isti izlərlə kafedən video kameralardan görüntülər və mobil telefon operatorlarından aldıqları məlumata əsasən Misirin yerləşdiyi nöqtəyə gəlirlər.

Araşdırma zamanı məlum olur ki, Misir və Sübhan 09 iyun 2021-ci ildə 09:35 də Məhəmməd Əli Yusifə Açaya məxsus A5402055966230010 nömrəli plastik bank kartından Kiyev vilayəti Sobornaya 124 ünvanında yerləşən bankomatdan 413 avro çıxarıb. 09:45-də elə həmin küçədə Sobornaya 44 A ünvanında yerləşən Oşadnıy Banka məxsus ATM-dən vəsait götürmək istəyəndə artıq kartın sahibi tərəfindən bloklandığının şahidi olub.

Həmçinin onlar 3-cü adamın köməkliyi ilə 09.06.2021-ci il tarixdə saat 07:07 dəqiqədə Məhəmməd Əli Yusif Açaya məxsus kriptovalyuta hesabından 12 000 ABŞ dolları məbləğində vəsaiti özlərinə məxsus karta köçürüblər.

İndi isə Misir və Sübhanın çinayəti törətməsini sübut edən bəzi istintaq tərəfindən toplanmış dəlilləri nəzərinizə çatdırıram.

 

Misir tərəfindən müqavilə əsasında subicarəyə götrülmüş boz rəngli Hunday Sonata markalı, dövlət qeydiyyat nişanı KA 9685 BK olan avtomobilin hərəkət zamanı küçə nəzarət kameraları və avtomobildə icarəyə verən şirkət tərəfindən quraşdırılmış GPS izləmə avadanlığının hərəkət trayektoriyasıni göstərən video material.

09.06.2021-ci il tarixdə Kiyev vilayəti Nevesnoy Sotni 26/17-də nəzarət kameraları tərəfindən fiksasiya olunmuş görüntülər.

Meşədə hadisə yerində olan izlər.

02.08.2021-ci ildə Misirə məxsus İpone X354873090 156524 İM koda malik telefonun qalareyasında olan skrin şəkillər və axtarış tarixçəsində (cinayətin törədilməsi tarixi və saatına uyğun) linklər.

Telefonun yaddaşında tapılan skrin şəkillərdə birja kursları, elektron valyutalar, Məhəmmədin bank kartı hesabından Misirin öz kartlaına etdiyi köçürmənin təsdiqi və 04.05.2021-ci il tarixdə çəkilmiş cinayət zamanı onlarda olan tapançaya oxşar şəkil aşkar edilib.

Telefonun internet axtarış tarixçəsində isə məhz cinayət törədilən saat 03:50-dən – 05:19-a qədər rus-ingilis dili tərcümə proqramından istifadə edilib. Zərərçəkmişə məxsus "Roleks” markalı saatın qiymətinin də araşdırlması telefonun axtarş tarixçəsində var.

Misirə məxsus +380 66 879 63 XX , +380 66 851 39 XX, Sübhana məxsus +380 66 879 63 XX, zərəçəkmiş şəxs – Məhəmməd Əli Yusif Açaya məxsus +4794466 37 XX nömrəli sim kartların istintaq tərəfindən telefon operatorlarından alınmış hərəkət trayektoriyasının eyni məkana (Kiyev vilayəti Obuxov rayonu Taçenki kəndi) və zamana uyğunluğu

Misirin kirayələdiyi evdən götrülən Türkiyə istehsalı "Ekol” markalı "Major” molelli EM2-19050851 N-li kustar usulla işlənərək yivsiz 9 mm kalibrli tapançanın kriminal ekspertiza zamanı üzərinəki əl izləri.

Ümumiyyətlə, sübutlara aid videolar 4 ədəd DVD R diskdən, 41 ədəd fotoşəkildən ibarətdir.

Bu cinayət işi ilə, sənədlərlə, Misir tərəfdən məhkəmədə iştirak edən şəxslərlə, Azərbaycan diasporası və digər tanınmış azərbaycanlılardan aldığım məlumatlara əsaslanaraq deyə bilərəm ki, bu işdə heç bir erməni izi yoxdur. Yayılmış şayiələrin əksinə olaraq zərərçəkmiş Məhəmməd Əli Yusif Açanın ermənilərlə nə qohumluq, dostluq, nə də işguzar əlaqəsi var. Mərkəzi Afrikada doğulmuş, müsəlman olan bir ərəbin erməni kimi qələmə verilməsi Misirin uydurmasıdır. Bu iddianın, yəni işdə erməni izinin olmasının nədənsə hadisədən bir il sonra 2022-ci ilin yayında ortaya atılması da bu iddianın əsassız olmasına sübutdur.

İşi aparan hakim haqqında onu deyə bilərəm, o, cəbhədə könüllü döyüşür, həmçinin tanınmış azərbaycanlılardan biri ilə yaxşı münasibəti olan, ümumiyyətlə Azərbaycanda hörməti olan bir insandır.

O ki qaldı bu məhkəmə işi ilə Azərbaycan hökuməti, Azərbaycanın Ukraynadkı səfirliyi, Azərbaycanın Ukraynadakı diasporu sıx şəkildə maraqlanıb. Azərbaycan XİN-i tərəfindən səfirliyə tapşırıq verilib, səfirlik öz növbəsində Ukrayna tərəfinə məktub ünvanlayıb. Azərbaycan yüksək dairələri tərəfindən Ukrayna Prezident aparatının rəhbəri Yermaka zəng edilib. Yermak Baş Prokurora işin obyektiv aparılmasına, Azərbaycan ictimaiyyətinin və dövlətini narahatlığnı çatdırıb.

Nəzərinizə çatdırmaq istəyirəm ki, məhz Misir və Sübhana törətdikləri cinayətə görə Ukrayna cinayət məcəlləsində göstərilən cəza 8 ildən 16 ilə qədər azadlıqdan məhrum etmə idi. Hakim məhz Misirin Qarabağ müharibəsinin iştirakçısı olduğu üçün Azərbaycan ictimaiyyətində yaranmış narahatlığa görə cəzanın minimum həddini təyin edib.

Ukraynada Misirin işi ilə yaxından maraqlanan 10 nəfərə yaxın tanınmış azərbaycanlılarla əlaqə saxladım, hamısı birmənalı olaraq Misir və Sübhanı müqəssir hesab edirlər.

Misir və Sübhanı taniyan azərbaycanlılarla telefon əlaqəsi zamanı bu iki şəxsin digər cinayətlərinin də olmasını təsdiq etdilər. Subhanın Ukraynadakı Vladimiroski bazarından azərbaycanlılardan "haqq” tələb etməsini deyən, adını açıqlanmasını istəməyən azərbaycanlılar var. Misrin törətdiyi son cinayətdən əvvəl adının açıqlanmasını istəməyən azərbaycanlı iş adamına pul tələbi və hücumu ilə bağlı faktlar da var. Xırda biznes və ticarətlə məşğul olan azərbaycanlılar bu barədə təhlükəsizlikləri üçün adlarının gizli saxlanılmasını xahiş etdilər.

Ukrayana kimi dost ölkədə Azərbaycana qarşı qərəzli işin olması inandırıci deyil. İstər Vətən müharibəsində Ukraynanın Azərbaycana dəstəyi, istərsə də beynəlxalq təşkilatlada Ukraynanın Azərbaycana siyasi dəstəyi bizim və Ermənistanın diqətindən yayınmayıb. 44 günlük müharibədə Ukraynanın Yeravandakı səfirliyini qarşısındakı etiraz aksiyası buna əyani subutdur.

Ukraynanın azadlığı uğrunda yüzlərlə azərbaycanlı könüllü olaraq döyüşür, Ukrayna Prezidenti Zelenski bir çox azərbaycanlını şəxsən yüksək mükafatlarla təltif edib, hətta Milli qəhrəman adı ilə də təltif edilən azərbaycanlı var. Azərbaycanda bu məsələdən məlumatı olmayan insanlar Rusiya tərəfindən aparılan anti-Ukrayna kampaniyasına qoşularaq, Rusiya tərəfindən qısqanclıqla qarşılanan Azərbaycan və Ukrayna arasında olan yüksək dostluq münasibətlərinə qarşı addım atılır. Bəli, Ukrayna döyüşən azərbaycanlıların çoxluğu, Azərbaycan dövlətini dost Ukraynaya yardımları yuksək Rusiya dairələrində və Rusiya mətbuatında dilə dətrilir. Rus ictimai xadimləri son vaxtlar mətbuatda açıqca söyləyirlər ki, Ukrayna ilə məsələni bitirdikdən sonra Azərbaycan ilə məsələni həll edəcəyik.

Sonda bir sözlə fikrimi tamamlamaq istəyirəm, Azərbaycan əsgəri, Azərbaycan qazisini cinayətkar obrazında dunyaya təqdim etməyin. Azərbaycan əsgəri işğalçı, soyğunçu rus və erməni əsgərindən fərqli olaraq öz Vətəni uğrunda döyüşən humanist, vətənpərvər, bütün yüksək əxlaqı keyfiyyətlərə malik Polad Həşimov, Mübariz İbrahimov kimi insanlar ola bilər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300