Simonyanın Kremldəki çıxışı tənqid edildi- VİDEO

 

Rusiya Prezidenti Vladimir Putin dünən "Russia Today” telekanalının və "Rossiya seqodnya” agentliyinin baş redaktoru, erməniəsilli jurnalist Marqarita Simonyana "Şərəf” ordeni təqdim edib.

"Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Simonyan mərasimdə çıxışı zamanı Putinə ""adamyeyən”lərin payını verdiyinə görə” təşəkkür edib:

"Vladimir Vladimiroviç, uzun illərdir ki, sizin rəhbərliyiniz altında işləyirəm. Düşünürəm ki, həmişə demək istədiyimi söyləmək üçün ən uyğun zamandır. Sağ olun ki, "adamyeyən”lərin payını verirsiniz. Sağ olun ki, bu "adamyeyən”lərin qanlı pəncələrindən insanlarımızı xilas edirsiniz. Biz bunda öz köməyimizi göstərəcəyik”.

Simonyan çıxışında, həmçinin Putinə Qarabağdakı müharibəni dayandırdığına görə təşəkkür edib.

Erməniəsilli jurnalistin bu təhqirdolu çıxışı sosial şəbəkələrin həm yerli, həm də Ukrayna seqmentində müzakirələrə səbəb olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300