BMT Ermənistanın ümidlərini doğrultmadı

Birləşmiş Millətlər Təşlkilatının Təhlükəsizlik Şurası Ermənistanın təşəbbüsü ilə Laçın dəhlizinin bağlanması məsələsini müzakirə edib.

Müzakirələr çərçivəsində Fransa, Rusiya, Böyük Britaniya, Braziliya, Keniya, Meksika, Hindistan və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri çıxış ediblər. Azərbaycana qarşı ən sərt mövqeni Fransanın nümayəndəsi sərgiləyib.

Ermənistanın gözləntilərinin əksinə olaraq, BMT Təhlükəsizlik Şurası məsələ ilə bağlı hər hansı sənəd qəbul etməyib.

BMT baş katibinin köməkçisi Miroslav Yença Bakı və İrəvanı 10 noyabr 2020-ci il tarixli atəşkəs sazişi üzrə üçtərəfli bəyanatın öhdəliklərini yerinə yetirməyə çağırıb.

"Tərəflər 10 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyanatına və sonradan razılaşdırılmış bəyanatlara uyğun olaraq öz öhdəliklərini tam şəkildə yerinə yetirməlidirlər”, – deyə O, Bakı və İrəvanı "çox gec olmadan” davamlı sülh həllinə nail olmaq üçün diplomatik səylərini ikiqat artırmağa çağırıb.

Modern.az-ın məlumatına görə, Miroslav Yença deyib ki, BMT Ermənistan tərəfinin Qarabağın dağlıq hissəsindəki mineral ehtiyatlardan qanunsuz istifadə etdiyinə dair iddiaları yoxlaya və təsdiq edə bilməz.

BMT baş katibinin köməkçisi xatırladıb ki, Azərbaycan bundan əvvəl Laçın dəhlizində etirazların "mineral sərvətlərdən qeyri-qanuni istifadəyə və bunun ətraf mühit üçün fəsadlarına” qarşı yönəldiyini bildirib.

"Nə Laçın dəhlizində, nə də Rusiya sülhməramlılarının məsuliyyət zonasında olmayan BMT bu iddiaları və ittihamları yoxlaya və təsdiq edə bilməz”, – Yença deyib.

O, həmçinin İrəvan və Bakını "çox gec olmadan” davamlı sülh həllinə nail olmaq üçün diplomatik səylərini ikiqat artırmağa çağırıb.

Baş katibin köməkçisi beynəlxalq ictimaiyyəti Bakı ilə İrəvan arasında nəticələrinin bütün Cənubi Qafqaza təsir edə biləcəyi münaqişənin yenidən başlanmasının qarşısını almağa çağırıb.

Xatırladaq ki, dekabrın 12-dən Laçın yolunda Qarabağın dağlıq hissəsindəki qızıl və mis yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiya keçirilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300