Bəxtiyar Hacıyevin alovlu həbsi

 

Şəmşad Ağa

 

Dünyada İnsan Hüquqları Gününün qeyd olunduğu bir vaxtda Azərbaycanda günlər yenə bir-birinə oxşardı.

 

Azərbaycan absurdlar ölkəsidir. Yaxşı bir bədii mətnin remarkası olan ölkəmizi elə Absurdistan adlandırsaq, yanılmarıq…

 

Uzun illərdir ki, insan haqları gününü Absurdistanın bir küncündən ürəkağrısı ilə seyr etməyə məhkumuq.

 

Bu ölkədə insanların hisslərini istismar etməyə yönəlmiş "vətənpərvərlik" isə əclafların son sığınacağına çevrilib.

 

Saltkov-Şedrin deyirdi ki, nə vaxt vətənpərvərlikdən danışırlarsa, deməli, nəyisə oğurlamağa çalışırlar.

 

Azı iki əsrlik yaşı olan bu fikrin məna yükü ölkəmizin bütün mənzərəsini incəliklə təsvir edir.


Ölkəmizdə "vətənpərvərlik" insanların həyatlarını ölkənin sərvətlərinin gözünə qatıb, oğurlayır...

 

"İslahatlar", struktur dəyişiklikləri, "Böyük Azərbaycan” iddiaları, "milli həmrəylik”nağılları - bir sözlə, bunların hamısı son 30 ildə insan həyatının oğurlanmasına hesablanıb.

 

Dünən ictimai fəal Bəxtiyar Hacıyev siyasi sifarişlə həbs olundu, həm də bir vaxtlar "şou-biznesin Akif Çovdarovu" kimi tanınan bir müğənninin mətbuat katibi olan şəxsin - Ülviyyə Alovlunun iddiası əsasında...

 

Onun həbsindən bir gün sonra isə dünyanın inkişaf etmiş cəmiyyətlərində azərbaycanlıların da həsrətlə baxdığı insan hüquqları günü qeyd olunacaqdı.

 

Bu, cəmiyyətin aktiv kəsiminin insan haqları gününə hakimiyyətin "hədiyyəsi" idi.

 

O həbs təkcə bir fəalın azadlığını əlindən almırdı, insan hüquqları gününə, dünyanın sivil dəyərlərinə hər kəsə bais olan "İblis"in qəhqəhələri altında ironiya idi.

 

Təəssüf ki, Bəxtiyar özü də bir vaxtlar bu "islahat nağılları"na inanmış və hətta sonralar bunu özü də etiraf etmişdi... Çünki sistemin mahiyyətini görmüşdü.

 

O, hər dəfə başına gətirilənləri ictimailəşdirəndə, ölkə vətəndaşlığından imtina etmək üçün cəhdlər edəndə əqli-səlim insanlar onsuz da prosesin hara getdiyini, ona tikilən "torba"nın dərinliyini təsəvvür edirdilər.

 

Gündəmi "süni pişik" qalmaqalı ilə lağ-lağı obyektinə çevirən hüquq-mühafizə orqanlarının da, onların sosial şəbəkələrdəki aktiv "yumşaq gücü"nün də məqsədi bəlli idi. Amma, doğrudan da, "torbada pişik var"dı, lap prosesin başından...

 

İnsan Hüquqları Gününə gəlincə, bunu qısaca belə təsvir etmək olar: yaşadığın, doğulduğun ölkədə haqqın tapdalanırsa, səsin eşidilmirsə, bəxtiyar deyilsənsə, demək, sadəcə, bir torpaq parçasının sakinisən...

 

Lap məşhur şeirdə deyildiyi kimi:

 

...torpaq küsüb insandan,

vətən olmaq istəmir...



 

//arqument.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300