Marketlərin QİYMƏT OYUNU:Məşhur teleaparıcıya qarşı FIRILDAQ

 

Tanınmış teleaparıcı Elçin Əlibəyli alış-veriş zamanı fırıldaqla üz-üzə qaldığını bildirib.

Yenicag.az xəbər verir ki, Əlibəyli bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:

"Marketlərdə ikiqat diqqətli olmaq lazımdır! Məhsulun keyfiyyəti başqa, istifadə müddəti bir başqa…

Bu gün 122.53 manatlıq alış-verişdə "Bizim market” ("Yasamal-2” filialı) 55.73 manat artıq hesablayıb. Təkrar qayıdıb haqqımı tələb etdim. Bu zaman həm vaxtım, həm də əsəbim getdi. Hesablamanı və kod oxumanı da maşın edirsə, niyə bu məbləğ artıq çıxmalıdır? Bu "Bizim market”də başıma gələn dördüncü eyni hadisədir. Amma əvvəl fərq 12, 6, 4 manatla kifayətlənirdi, indi bunun da dərəcəsini artırıblar. Buna görə də kassada da diqqətli olun!”

O, baş verən hadisəyə görə əlaqədar quruma müraciət etdiyini bildirib:

"Artıq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etməyə məcbur oldum”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300