21 Azər günü ilə bağlı Güneydə aksiyalar şiddətlənir- Bozqurtlara müraciət edildi

 

Güney azərbaycanlıların haqsızlığa, molla rejiminə qarşı aksiyaları davam edir.

Bu barədə Uluyol.info-ya məlumat verən Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin Kanada bölümünün rəhbəri, politoloq Aslan İsabəyli deyib ki, güneyli fəallar 21 Azər günü ilə bağlı xüsusi tədbirlər, aksiyalar nəzərdə tuturlar.

Politoloq eyni zamanda Azərbaycan Milli Muqavimət Cəbhəsinin Bozqurtlara müraciət etdiyini də vurğulayıb.

Həmin müraciət mətnində aşağıdakılar qeyd edilib:

"Əziz həmvətənlər, əziz xanımlar və ağalar, bildiyiniz kimi, 21 Azər millətimizin ən şərəfli günlərindən biridir.

Əziz gənclik, bilirsiniz ki, millətimiz 77 il bundan öncə Seyyid Cəfər Pişəvərinin rəhbərliyi ilə milli azadlığı uğrunda ayağa qalxıb və öz milli dövlətini qurub.

Tarixdən bəllidir ki, türk millətinin azad yaşamasını gözləri götürməyən düşmənlər milli hökumətimizi süquta uğradaraq, millətimizin azadlığını əlindən alıb və bir illik milli hökumətimizi öz qanında boğublar.

Düşmənlər bu illər ərzində millətimizi müasir manqurtluq siyasəti ilə öz milli dəyərlərindən uzaq tutub və sapı özümüzdən olan baltaların əli ilə Türk millətini təhqirlərə məruz qoyaraq, özgə dilini, özgə adət-ənənəsini bizə sırımaq məqsədi ilə millətimizin dilini və mənəvi dəyərlərini unutdurmağa çalışıblar. Bir virus kimi aydınlarımızı yox etmək və gənclərimizi zəhərləmək istəyiblər.

Bütün basqılara baxmayaraq, qeyrətli Türk millətinin övladları millətimizin azadlığı yolunda qorxmadan düşmənə qarşı müxtəlif cəbhələrdə savaşmaqdadırlar.

Bir xalq o zaman millət ola bilər ki, onun azadlıq tarixi olsun. Türk milləti öz kimliyini min illərdi sübut etmiş və dünyada millətlər içərisində bir millət kimi öz imzasını atıb.

Bu gün babalarımızın bizlərə qoyub getdiyi o şərəfli tarixə sahib çıxmaq günüdür.


Ey Türk, sənin gücün sənin birliyindədir!

Ey gənclik, sən millətinə sahib çıxsan, nəyinki düşmən hətta dünya da sənin qarşında baş əyəcək!

Bu gün qeyrət günüdür!

Türkə əsarətdə yaşamaq yaraşmır!

Türkün qeyrəti dünyada dillərə dastandır!

Babalarımızın ruhu Bozqurtlar kimi bu gün sənin yanındadır.

Ey Bozqurtlar, millətinin azadlığı sənin cəsarətli üsyanındadır!

Düşmənlər sənin varlığından qorxur!

Bozqurtlarımız öz millətinə sahib çıxacaq, AND OLSUN AZƏRBAYCANA!”.


Aslan İsabəyli bildirilib ki, Bozqurtlar qolu, güneyin bütün şəhərlərində mütəşəkkil halda öz fəaliyyətinə başlayıb. Güneydə və İranda hadisələr ildırım sürəti ilə inkişaf edir, ardıcıl müxtəlif çağırışlar verilir. Rejim Ermənistana raketlər verib, biz də güneydə gənclərin əli ilə onlara bunun cavabını verəcəyik”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300