Əhməd Obalı Xüdafərin körpüsünü ziyarət edib - FOTO

 

Güney azərbaycanlı fəal, siyasi mühacir, Günaz TV-nin qurucusu Əhməd Obalı bu gün tarixi Xudafərin körpüsünə ziyarət edib.

"Report”unməlumatına görə, Əhməd Obalı Xudafərin körpüsünü ziyarət edərkən duyğusal anlar yaşadığını dilə gətirib.

"Təsəvvür edilməsi çox çətindir. Mən 42 il öncə suyun o tayından ayrılmışam. Uzun müddət ərzində çəkdiyimiz Vətən həsrəti çox çətindir”, - Ə.Obalı bildirib.

O qeyd edib ki, Xudafərin körpüsü Azərbaycan xalqını ikiyə bölmək üçün deyil, Arazın o tayı ilə bu tayını ayırmaq üçün deyil, əlaqələndirmək üçün inşa edilib:

"Bu körpü çayın sağ və sol sahillərini birləşdirir. Lakin, təəssüf edirəm ki, bu körpü indiyə kimi həsrət körpüsü kimi ad alıb. Amma, buna baxmayaraq, indi birlik körpüsü adı alacağına az qalıb”.

Əhməd Obalı uzun illər mühacirətdə olmasına baxmayaraq, heç bir zaman bu torpaqların birləşməsinə inamını itirmədiyini vurğulayıb:

"Biz hər zaman mübarizəmizi Arazın qanla doydurulan suyunun nurlanması, xalqımızın birləşməsi yolunda davam etdirdik və etdirəcəyik də”.

"Mən və mənim kimi milyonlarla soydaşlarımızın inamı budur ki, biz tezliklə illər böyük karvanları yol olan, insanların görüşməsi üçün istifadə edilən körpünün o tarımda da, bu tayında da Azərbaycan bayrağı dalğalanacaq. Buna kimsənin şübhəsi olmasın. Mən burdan soydaşlarımıza da səslənirəm ki, daha çətin və daha dəyanətli olsunlar”, - o əlavə edib.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300