Vahid Əhmədov Vasif Talıbov haqda danışdı: "Həbs olunmalı, hər şeyi əlindən alınmalıdır" - VİDEO

 

Bu gün TV Müsavatın efirində, aparıcı Sevinc Telmanqızının "Canlı debat" verilişinə canlı telefon bağlantısı ilə qoşulan millət vəkili Vahid Əhmədov Naxçıvan olayları ilə bağlı danışıb.

Musavat.com xəbər verir ki, V.Əhmədov baş verən korrupsiya və rüşvətxorluq hadisələrinin qəbuledilməz olduğunu deyib: "Ölkənin belə vəziyyətində Naxçıvanda bu hadisələrin üzə çıxması... Mən sizə deyim ki, bu, olmalı idi. Çünki Naxçıvan 20 il idi ki, özünü sərbəst dövlət kimi göstərirdi. Azərbaycanın mərkəzi icra orqanları ilə o qədər də sıx əlaqələri yox idi. İndi aparılan yoxlamalar bir çox məsələləri üzə çıxarır. Orada çox böyük maliyyədən söhbət gedir. Naxçıvana dövlət büdcəsindən 350 milyon manat ayrılıb. Əgər Naxçıvan bu cür inkişaf edirsə, Naxçıvanda bu qədər müəssisələr tikilirsə, o zaman gəlirləri hardadır? Hara gedir bu qədər vəsaitlər?"

V.Əhmədov eyni zamanda bildirib ki, V.Talıbovu işdən çıxarmaq yox, həbs etmək və oğurladıqlarını dövlətə qaytarmasını təmin etmək lazımdır: "Böyük maliyyədən söhbət gedir. Bu, müstəqilliyimizə təhdiddir".
Açıqlamanın davamını aşağıdakı videoda izləyə bilərsiz.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300