Naxçıvanın Dövlət Gömrük Komitəsi ləğv olundu

 

Prezident yeni fərman imzaladı

 

Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib.

 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 28-də bununla bağlı fərman imzalayıb.

 

Sənəddə "Dövlət Gömrük Komitəsi haqqında Əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə” 2012-ci il 4 iyun tarixli Fərmanına istinad olunaraq bildirilib ki, əsasnamənin 5.1-ci bəndindəki "Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi” sözləri çıxarılsın: "5.8-ci bənddən "Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədrindən” sözləri çıxarılıb. Həmin Fərmanla təsdiq edilmiş "Dövlət Gömrük Komitəsinin strukturu”na aşağıdakı məzmunda 2.1.1-1-ci yarımbənd əlavə edilsin: Naxçıvan Baş Gömrük İdarəsi”.

 

Fərmanda Dövlət Gömrük Komitəsinə Komitənin strukturunun təkmilləşdirilməsi ilə bağlı təkliflərini 1 ay müddətinə Nazirlər Kabinetinə təqdim edilməsi tapşırılıb.

 

Noyabrın 23-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan Muxtar Respublikasının (MR) Dövlət Gömrük Komitəsində əməliyyat keçirib.

 

Əməliyyat nəticəsində komitənin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Mansur Əsgərov həbs olunmuşdu.

 

İki gün öncə isə komitənin sədri, general Səhət Həbibbəyli də saxlanılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300