Mexikoda prezident tərəfdarlarının yürüşünə bir milyondan çox insan qatılıb

 

Bazar günü Prezident Andres Manuel Lopes Obradorun tərəfdarlarının Meksika paytaxtında keçirdiyi nümayişdə 1,2 milyondan çox insan iştirak edib.

Bu barədə paytaxt Mexikonun meri Klaudiya Şeynbaum özünün "Twitter” hesabında yazıb.

Nümayişçilər bir neçə magistral yolu və dövlət başçısının sıxış etdiyi "Sokalo” mərkəzi meydanını doldurub.

Tədbirdə çıxış edən Meksika Prezidenti hökumətin əldə etdiyi uğurlardan - minimum əmək haqqının artırılmasından, koronavirus pandemiyasının iqtisadi nəticələrinin aradan qaldırılmasından, sosial proqramların hazırlanmasından və cinayətlərin azalmasından danışıb.

Müxalifət nümayəndələri isə öz növbəsində hakimiyyətin kütləvi tədbirlər vasitəsilə hələ də həll edilməyən problemlərdən diqqəti yayındırmağa çalışdığını bildirib.

Ölkədə oktyabr ayında keçirilən ictimai rəy sorğusunun nəticələrinə əsasən, 129 milyon meksikalının təxminən 56 faizi hakimiyyətin fəaliyyətini qənaətbəxş hesab edir.///AZƏRTAC

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300