AFFA bu klubları cərimələdi

 

AFFA İntizam Komitəsi "Sumqayıt” klubunu 2 400 manat məbləğində cərimələyib.

Peşəkar Futbol Liqasının rəsmi saytının məlumatına görə, buna "gənclik şəhəri” təmsilçisinin futbolçusu Vüsal İsgəndərlinin Şamaxıda eyniadlı komandaya 2:4 hesabı ilə uduzduğu Azərbaycan Premyer Liqasının XIV tur oyunundan sonra öz texniki zonasında olan oturacaqları qəsdən sındırması səbəb olub.

Qərara əsasən, stadiona dəymiş ziyanı qonaq komanda ödəyəcək. 27 yaşlı yarımmüdafiəçiyə isə 1 oyunluq cəza verilib.

"Neftçi” – "Qəbələ” (2:0), "Kəpəz” – "Turan Tovuz” (0:0) və "Sabah” – "Qarabağ” matçlarında (0:0) meydana kənar şəxslər daxil olduğu üçün hər klub ayrılıqda 1 600 manat cərimə olunub.
"Qəbələ” və "Turan Tovuz” komandaları 4 oyunçusu sarı vərəqə ilə cəzalandığına görə əlavə 800 manat cərimə ödəyəcək.

Bundan başqa, "Sabah”la səfər oyununda 54 oturacağı sındıran "Qarabağ” azarkeşləri klubu ziyana salıb. "Köhlən atlar” stadiona dəymiş maddi ziyanı tam qarşılamalıdır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300