Həbsdə olan AXCP üzvü ona işgəncə verildiyini bildirib

 

Həbsdə olan AXCP üzvü Rövşən Məmmədov ona polis tərəfindən işgəncə verildiyini bildirib.

Bu haqda "Basta”ya onun vəkili Nemət Kərimli məlumat verib.

"Bu gün İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində Rövşən Məmmədovla görüşdüm. O, bildirdi ki, noyabrın 11-də AXCP-nin Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında keçirdiyi mitinqdə saxlandıqdan sonra polis tərəfindən işğəncələrə məruz qalıb və bir daha aksiyalara qatılmamaq barədə xəbərdarlıq edilib”

Salyan rayon sakini, 1980-ci il təvəllüdlü Rövşən Məmmədov polis avtomobilinə ziyan vurmaqda ittiham edilərək Səbail Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə həbs cəzası alıb. AXCP-nin Salyan şöbəsinin üzvü olan R.Məmmədov İnzibati Xətalar Məcəlləsinin 510 (Xuliqanlıq) və 535-ci (Polisin qanuni tələbinə tabe olmama) maddələri ilə təqsirli bilinib.

Nemət Kərimli həbsin əsassız olduğunu və apelyasiya şikayəti veriləcəyini qeyd edib.

Basta

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300