Eldar Əzizovun kadrı 2 ay əvvəl istifadəyə verilən məktəbin söküntüsünə 1 milyon ayırdı

 

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində fəaliyyət göstərən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.

 

Xəbəri "qlobal.az" yayıb.

 

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 2022-ci ilin noyabr ayının 5-də"Xətai rayonu, 263 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək yerinin və ətrafının abadlaşdırılması"nın satınalınması lotu üzrə sifarişçi olduğu satınalmaya yekun vurub.


 

Bu satınalmanın məbləği 1. 096. 838 manat, qalibi isə "HİDRO CONSTRUCTİON" (1601310631) Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

 

Satınalmada ilginc məqam budur ki, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin söküntüsünə bir milyon manatdan artıq vəsait ayırdığı Xətai rayonunda yerləşən 263 nömrəli tam orta məktəb cari ilin sentyabr ayının 20-də istifadəyə verilib.


 

Prezident İlham Əliyevin "Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında” müvafiq sərəncamlarının icrası ilə əlaqədar bu məktəbin köhnə binası sökülərək yeni kompleks inşa edilib. Yeni bina 4 mərtəbəli, 2256 şagird yerlikdir.

 

Yerli mediada və tv-lərdə açılışı rəsmən elan edilən, bu barədə efirə müxtəlif süjetlərin verildiyi məktəbin 2 ay sonra köhnə korpusunun söküntüsünə dövlət büdcəsindən 1 milyon manatdan çox vəsaitin ayrılması satınalmanın şəffaflığını ciddi formada kölgədə qoyur, keçirilən satınalmanın formal xarakter daşıdığı qənaətini yaradır.

 

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirlər Kabinetinin qərarı ilə 2019-cu ildə yaradılıb.


 

 

Abit Əliyev

 

"Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Əliyev Abit Sadiq oğludur.

 

Abit Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kadrlarındandır. Eldar Əzizov 2003-cü ildə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsində çalışarkən Abit Əliyevi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə müdir təyin edib.

 

Sonradan Sumqayıt və Bakı şəhərlərinə rəhbərlik edən Eldar Əzizov Abit Əliyevə tabeliyində olan təşkilatlara rəhbər təyin edib.

 

Arqument.az məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindənmövqe öyrənə bilməyib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300