Renat Dadaşov: "Artıq bütün diqqətimi milli komandaya yönəldəcəyəm"

 

"Matça ciddi hazırlaşmışdıq. Çətin dönəmdən sonra qələbəyə inanmaqdan əl çəkmədik. Qol vurduğum üçün xoşbəxtəm. Artıq bütün diqqətimi milli komandaya yönəldəcəyəm".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin və "Qrasshopper" klubunun futbolçusu Renat Dadaşov evdə "Bazel"ə 1:0 hesabı ilə qalib gəldikləri İsveçrə Super Liqasının XVI tur oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.

Görüşdəki yeganə qolun müəllifi olan 23 yaşlı hücumçu komanda şəklində yaxşı müdafiə olunduqlarını bildirib: "Hər oyuna mübarizə aparmaq üçün çıxırıq. Ən vacib matçlarımızdan biri bu idi. Qarşılaşmanın əhəmiyyətini dərk edirdik və məhz bu səbəbdən 3 xal qazandıq".

Forvardın sözlərinə görə, mövsümün ilk yarısında çoxlu eniş-yoxuş olsa da, 20 xal toplamağı bacarıblar: "Nə yuxarıdayıq, nə də aşağıda. İndi beynimizi təmizləmək və dekabrda yenidən tam gücümüzlə işləmək vaxtıdır".

Qeyd edək ki, Renat Dadaşov "Bazel"lə oyunun 34-cü dəqiqəsində fərlqənib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300