Azərbaycanda 960 məktəb yararsız haldadır

 

"Azərbaycanda 434 məktəb tam yararsız vəziyyətdədir. Hazırda bu məktəblərin təmir edilməsi və yenidən tikilişi üçün 3 milyarda yaxın vəsait lazımdır”.

 

Bunu elm və təhsil nazirinin müavini İdris İsayev Milli Məclisin ictimai birliklər və dini qurumlar, mədəniyyət, elm və təhsil, səhiyyə, ailə, qadın və uşaq məsələləri komitələrinin birgə müzakirəsi zamanı deyib: "Azərbaycanda 960 məktəb yararsız və ya təmirsiz olaraq qeydiyyata alınıb. Hər il məktəblərin təmiri üçün işlər görülür. Deyə bilərik ki, hər il 100-dən artıq məktəb təmir olunur və ya tikilir”.

 

2023-cü ildə dövlət büdcəsindən təhsilə 4,4 milyard manat ayrılacaq.

 

Bu, "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

 

Təhsil eksperti Nabatəli Qulamoğlu Meydan TV-yə bildirmişdi ki, təhsilə ayrılan büdcə yetərli deyil: "Büdcədən ayrılan pulları dağıdırlar, müxtəlif, təyinatı olmayan istiqamətdə xərcləyirlər. Hesablama aparmışıq ki, ildə hər bir şagirdə dövlət bücəsindən 2850 manat pul düşür. Əgər həmin pulu hər bir valideynə versələr, öz uşağına repititor tutub, yaxşı öyrədə bilər”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300