Ukrayna səfirindən Zəfər Günü PAYLAŞIMI

 

"30 il əvvəl ukraynalılar Azərbaycan torpağını müdafiə etdiyi kimi, bu gün də bir çox Azərbaycan əsilli döyüşçülər Ukrayna torpağını rus işğalçılarından fədakarlıqla, qəhrəmancasına müdafiə edirlər”.

Yenicag.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski "Facebook”da paylaşımında bildirib.

"Noyabrın 8-də Azərbaycan əsas milli bayramlarından birini – Zəfər Gününü qeyd edir!

Bu zəfəri həm İkinci, həm də Birinci Qarabağ müharibələrinin qəhrəmanları qazanıblar, onların arasında çoxlu ukraynalılar da var idi. Onlardan biri də öz həyatı bahasına mülki insanları müharibə şəraitində olan Qarabağdan xilas edən Azərbaycan Respublikasının Milli Qəhrəmanı Viktor Seryogindir.

Bu gün Şəhidlər Xiyabanında V.Seryoginin qızı və həyat yoldaşı, diplomatik müəssisənin əməkdaşları, o cümlədən Sumqayıt şəhər İ.Franko adına Ukrayna İcmasının rəhbəri Tamilla Musayeva, Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulu Mehrəli Qasımov, Ukrayna Ticarət Evinin Direktoru Əlibala Məhərrəmzadə və Ukrayna Mərkəzinin Direktoru Aleksandr Klassenin iştirakı ilə milli qəhrəmanların və Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü müdafiə edən hər kəsin xatirəsini ehtiramla yad ediblər.

Simvolikdir ki, 30 il əvvəl ukraynalılar Azərbaycan torpağını müdafiə etdiyi kimi, bu gün də bir çox Azərbaycan əsilli döyüşçülər Ukrayna torpağını rus işğalçılarından fədakarlıqla, qəhrəmancasına müdafiə edirlər.

Yaşasın Qəhrəmanlar!”, – ukraynalı diplomat paylaşımında qeyd edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300