İlin ikinci Ay tutulması başa çatıb

 

İlin ikinci Ay tutulması başa çatıb.

BDU-nun Astrofizika kafedrasından verilən xəbərə görə, saat 12:02-də yarımkölgəli, 13:09-da qismən, saat 14:16-da isə tam tutulma olub. Tutulmanın maksimumu saat 14:59-da olub. Saat 15:41-də tam tutulma, saat 17:56-da isə qismən tutulma başa çatıb.

Ay tutulmasını Amerikadan, Şimali və Şərqi Avropanın bir hissəsindən və Cənubi Amerikanın çox hissəsindən müşahidə etmək mümkün olub.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulmanın əsas mərhələsi Bakıda görünməyib, yalnız son 25 dəqiqə (17:31-17:56) müddətində şərq tərəfdə üfüqdə yarımkölgəli tutulmanı izləmək mümkün olub. Yarımkölgəli Ay tutulmasını görmək çətin olub, çünki kölgəli hissə Ayın qalan hissəsindən azacıq zəifdir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300