İsrailin baş naziri müxalifətə keçir

 

İsrailin baş naziri Yair Lapid bazar günü bildirib ki, onun rəhbərlik etdiyi Yeş Atid partiyası növbədənkənar parlament seçkilərində uduzduqdan sonra "heç bir halda” yeni hökumətə qoşulmayacaq, müxalifətə keçəcək və orada hakimiyyət uğrunda mübarizəni davam etdirəcək.

Uluyol.info-nun Oxu.az-a istinadən xəbərinə görə, "Yeni hökumətə daxil ola biləcəyimiz heç bir ssenari yoxdur. Biz dünyaya baxışımız və bizə səs verən insanların dəyərləri üçün müxalifət olaraq mübarizə aparacağıq. Bizə səs verənə qədər mübarizə aparacağıq”, - deyə o, 1995-ci ildə İsrailin baş naziri olmuş İshaq Rabinin öldürülməsinin ildönümünə həsr olunmuş anım mərasimində çıxış edərkən deyib.

Hazırkı hökumət başçısı bəyan edib ki, seçkilərdən sonra İsrail cəmiyyəti "yenidən bölünüb, yenidən qəzəblənib və yenidən parçalanma təhlükəsi var”.

C.Lapidin sözlərinə görə, radikal qüvvələrin getdikcə daha çox səs topladığı son seçki tendensiyalarını nəzərə alsaq, İsrail öz tarixinin kritik nöqtəsinə yaxınlaşır:

"Biz indiki məqamda ölkənin hara getdiyinə qərar verməliyik. Geri dönüş nöqtəsinə yaxınıq. Amma yenə də hər şey öz əlimizdədir, biz hələ də hər şeyi dəyişə bilərik. Reallıq demoqrafik və ya coğrafiyanın qaçılmaz nəticəsi deyil, etdiyimiz seçimlərin nəticəsidir”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300