AMEA-da növbəti QANUNSUZLUQ: Arif Həşimov özünü hələ də prezident kimi aparır –FOTO

 

Milli Elmlər Akademiyasının (AMEA) sabiq rəhbəri Arif Həşimovun səlahiyyət həddini aşdığına dair daha bir fakt aşkarlanıb.

Yenicag.az-a daxil olan məlumata görə, bu il oktyabrın 25-nə qədər AMEA-nın Prezidenti vəzifəsini icra edən, həmin tarixdən etibarən isə sözügedən qurumda Birinci vitse-prezident vəzifəsini icra edən akademik Arif Həşimov səlahiyyət həddini aşaraq Akademiyanın əməkdaşının işdən azad olunmasına dair 2022-ci il noyabrın 4-də sərəncam imzalayıb.

Arif Həşimovun imzaladığı sərəncamın əldə etdiyimiz surətində AMEA Rəyasət Heyəti aparatının ləğv edilmiş Aparat rəhbərinin xidmətində baş mütəxəssis vəzifəsini tutan Rzaqulu Musayevlə əmək müqaviləsinə xitam verildiyi qeyd olunub.

Birinci vitse-prezident sərəncamın başqa bir bəndində AMEA Rəyasət Heyəti aparatı Kadr potensialı və təhsil şöbəsi (Natiq Mehdiyev), Hüquqi təminat şöbəsi (Kamal Əliyev) və Maliyyə şöbəsinə (texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev) sərəncamın icrasından irəli gələn məsələləri həll etmək göstərişi də verib.

AMEA-nın yeni prezidenti İsa Həbibbəylinin artıq öz funksiyalarını yerinə yetirməyə başlamasına rəğmən, Arif Həşimova belə bir səlahiyyət verməsi, yaxud da onun öz səlahiyyət həddini aşmasına göz yumması təəccüb doğurmaya bilməz.

Çünki AMEA əməkdaşlarının işə götürülmə və işdən azad olunma səlahiyyəti Akademiyanın Prezidentinə məxsusdur. Doğrudur, AMEA-nın Prezidenti işə çıxmadığı müddətdə Birinci vitse-prezidentin onun fəaliyyətini icra etməsi mümkündür. Lakin artıq vurğulandığı kimi, burada söhbət gündəlik cari fəaliyyətdən yox, AMEA əməkdaşının işdən çıxarılması haqda sərəncam imzalamaqdan gedir.

Bəlkə, səlahiyyətinin mühüm elementindən imtinanı İsa Həbibbəylinin öz sələfinə jesti kimi dəyərləndirmək lazımdır? Nə qədər olmasa da, AMEA-nın rəhbəri postunda məhz Arif Həşimovu əvəzləyib axı…

Bütün hallarda belə bir faktın ortaya çıxması AMEA-nın öz reputasiyasını təmizləməsi üçün xeyli gözləmək lazım gəldiyini düşünməyə əsas verir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300