Abdolbari Goozalın şirkətiQOÇULUQ EDİR…İDDİA

 

 

10 il əvvəl öz firmama məxsus obyekti müqavilə bağlayaraq "Bazarstore” MMC-yə icarəyə vermişəm. Artıq bu ilin dekabrında müqavilənin müddəti bitir. Lakin şirkət daşınmaz əmlakı təhvil vermək istəmir”.

 

Bu iddia ilə "Qafqazinfo”ya "Qızıl-Gül” firmasının direktoru Azər Nəbiyev müraciət edib.

Onun sözlərinə görə, Sumqayıt şəhəri, 30-cu məhəllə, Nərimanov küçəsi: 3 ünvanında yerləşən obyekt müqaviləyə görə bu ilin dekabrında təhvil verilməli olsa da, icarəyə götürən şirkət müqavilənin şərtlərinə əməl etmək istəmir: "Müqaviləmiz dekabrda bitir. Ona görə də, biz onlara əvvəlcədən bununla bağlı xəbərdarlıq etmişik. Lakin "Bazarstore” rəhbərliyindən bizə bildiriblər ki, çıxmırıq, gedin hara şikayət edirsiniz, edin. Qəti fikirdədirlər ki, çıxmayacaqlar. Bizim də başqa yolumuz qalmır, əgər elə olsa, gərək həmin şirkəti məhkəməyə verək”.

 

 


Şikayətlə bağlı "Bazarstore” MMC-yə sorğu ünvanlamışıq.

Qeyd edək ki, "Qızıl-Gül” firmasına məxsus daşınmaz əmlakın 1650 kv metr ərazisi var. Sözügedən firma ilə "Bazarstore” MMC arasında 2012-ci ildə imzalanmış müqaviləyə görə, icarə müddəti 10 il müəyyən edilib.

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300