"Qaçqınkom" keçmiş nazirə yaxın olduğu deyilən şirkət 200 minlik tender verib

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Tikilməkdə olan Müəssisələr Müdiriyyəti Bakı, Mingəçevir şəhərlərində və Abşeron rayonunda məcburi köçkünlərin məskunlaşdığı binalarda cari təmir işləri ilə bağlı satınalma müsabiqəsinə yekun vurub.

 

Müsabiqənin qalibi "SS-İnşaat” MMC olub. Qurumla şirkət arasında maliyyə dəyəri 195 914.69 AZN təşkil edən satınalma müqaviləsi imzalanıb.

 

Xəbəri "Qaynarinfo" yayıb.

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "SS-İnşaat” MMC 19 mart 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 50 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Həsən Salmanlı küçəsi, ev 5/7, mənzil 16-da yerləşir.

 

MMC-nin qanuni təmsilçisi Qurbanov Fuad Sərxan oğludur.

 

Açıq mənbələrdə şirkət və onun qanuni təmsilçisi barədə heç bir məlumat yoxdur. 14 ildir fəaliyyət göstərməsinə baxmayaraq, "SS-İnşaat”ın nə veb-səhifəsinə, nə də əlaqə telefonlarına rast gəlmək mümkündür.

 

"SS-İnşaat” MMC dövlət satınalmalarında əsasən Heydər Əsədovun kənd təsərrüfatı naziri olduğu dövrdə bu nazirliyin keçirdiyi tenderlərin qalibi olub.

 

Mediada gedən məlumatlarda "SS-İnşaat” MMC-nin daha bir keçmiş kənd təsərrüfatı naziri - İsmət Abbasovun nəzarətində olduğu deyilir.

 

Bu faktı dəqiqləşdirmək üçün nə şirkət, nə də İsmət Abbasovla əlaqə saxlamaq mümkün olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300