Qazaxıstan prezidenti amnistiya barədə qanun imzalayıb

 

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu il yanvarın əvvəlində baş verən iğtişaşlarda iştiraka görə məhkum olunmuş təxminən 1,5 min nəfərin amnistiyası barədə qanun imzalayıb.

AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, dövlət başçısının mətbuat xidmətinin məlumatına əsasən, qanun dərc olunmaq üçün hazırlanır.

Sənəd xırda və orta ağırlıqlı cinayətlər törətmiş şəxslərin cəzalarının qalan hissəsindən azad edilməsini nəzərdə tutur. Belə cinayətlərə görə cəzasını cəkənlərin üzərindən məhkumluq götürüləcək. Ağır və xüsusilə ağır cinayətlərdə ittiham edilən şəxslərin cəza müddəti isə müvafiq olaraq dörddəüç hissəyədək və yarıya qədər azaldılacaq. Terrorçular, ekstremistlər, residivistlər, iğtişaşların təşkilatçıları, işgəncə halları törədənlər amnistiya olunmayacaq.

Xatırladaq ki, yanvarın əvvəlində Qazaxıstanda başlayan dinc etiraz aksiyaları sonradan kütləvi iğtişaşlara çevrilib. Bir sıra regionlarda inzibati binalara, polis şöbələrinə, mağazalara hücumlar edilib. Aksiya iştirakçıları və güc strukturları arasında toqquşmalar baş verib. Rəsmi məlumata görə, yanvar iğtişaşları nəticəsində 238 nəfər, o cümlədən hüquq mühafizə orqanlarının 19 əməkdaşı həlak olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300