Tehran Səudiyyə Ərəbistanına hücuma hazırlıqla bağlı məlumatlara münasibət bildirib

 

İran Xarici İşlər Nazirliyi ölkənin Səudiyyə Ərəbistanına hücuma hazırlaşdığına dair məlumatları təkzib edib.

"Report” xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sözçüsü Nasir Kənani danışıb.

"İran İslam Respublikası mehriban qonşuluq siyasətinə sadiqdir, qarşılıqlı hörmət əsasında və beynəlxalq hüquq çərçivəsində hərəkət edir, regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə çalışır və qonşu ölkələrlə konstruktiv qarşılıqlı fəaliyyəti davam etdirəcək”, - N.Kənani qeyd edib.

Xatırladaq ki, daha öncə "Reuters” Milli Təhlükəsizlik Şurasının (MTŞ) nümayəndəsinə istinadən xəbər vermişdi ki, ABŞ İrandan Səudiyyə Ərəbistanına qarşı təhdidlərdən narahatdır, lazım gələrsə, cavab verməyə hazırdır. Eyni zamanda bildirilib ki, ABŞ hərbi və kəşfiyyat kanalları vasitəsilə daim krallıqla əlaqə saxlayır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300