Qurban Qurbanov: "Keçmişə qayıtmaq istəmirik”

 

Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda keçiriləcək "Qarabağ” – "Frayburq” (Almaniya) oyunundan öncə təşkil edilən mətbuat konfransında Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Uluyol.info "Qafqazinfo”ya istinadla xəbər verir ki, o, əvvəlcə sabahkı matç barədə fikirlərini bildirib.

- Son oyunumuza çıxırıq. Çox fikir bildirməyəcəm. Oyunun mahiyyətini bilirik. Yaxşı, qrupda məğlub olmayan komanda ilə qarşılaşacağıq. Rəqibi daha yaxından tanıdıq, oyunçularını daha yaxından öyrəndik. 90 dəqiqə diqqətli olmalı və fikrimizi oyunumuza yönəltməliyik. Futbolçularıma güvənirəm. Çalışacağıq ki, ən yaxşı oyunlarımızdan birini göstərək.

- Paralel müqayisə apara bilərsizmi "Kopenhagen”lə cavab oyunu öncəsi hazırlıq necə idi, indi necədir?

- Mənim üçün müqayisə aparmaq asan deyil. Həmişə ilklərin dadı başqa olur. Daha yaxşı oyun, nəticə göstərməyə çalışmışıq. Ad olaraq Çempionlar Liqasının pley-offu daha həyəcanlı sayıla bilər. Amma bu matçı ondan ayırmazdım. Həyəcan həmişə olur, çempionat matçlarında da. Komanda, klub olaraq böyük təcrübəyə malikik. Sabahkı oyunda hamı istəkli, yaxşı mənada həyəcanlı olacaq. Hərəsinin öz yeri var. Daha çox istək və diqqətlə oyuna hazırlaşırıq.

- "Frayburq”un artıq liderliyi təmin etməsinin müsbət və mənfi cəhətləri kimi nələri qeyd etmək olar?

- Necə cavab verəcəyimi bilmirəm. Bəzən komanda vəzifəni yerinə yetirəndə daha rahat oynayır və istədiyi oyunu tam göstərə bilir. Bəzən isə nəticə lazım olanda gərginlik yaşayırlar. Daha çox özümüz haqqında fikirləşirik. Onların nə etmək istədiklərinə zaman ayırsaq, özümüz üçün vaxtımız az olar. Sabah hansı heyətlə, sistemlə oynayacaqlarını gözləyəcəyik.

- Qara Qarayev, Bədavi Hüseynov və Leandro Andradenin oynamaq ehtimalı varmı?

- Bədavi oynaya bilməyəcək. Andradenin zədəsi davam edir. Hələ hazır deyil. Zədəsini yenilədi. Qara komanda ilə məşq etməyib, fərdi hazırlaşır. Sabah "23-lük”də olması bilinəcək. İkisi oynamayacaq, Qara da sual altındadır.

- "Qarabağ” 9 ildir, avrokuboklarda çıxış edir və heç vaxt qrupun son matçında qələbə qazana bilməyib. Bu uğursuz sindrom əlavə psixoloji gərginlik yaratmır?

- Keçmişə qayıtmaq istəmirik. Qarşımızda "Frayburq”la matç dayanır. Belə hallara önəm vermirəm. Uğursuz seriyamızın olması düşüncəsində deyiləm. Bizi maraqlandıran "Frayburq”la sabahkı matçdır. Qarşımızda yaxşı, intizamlı rəqib var. Alman komandasıdır. Bütün fikrimiz bu oyundadır. Ən yaxşı oyunlarımızdan birini keçirmək istəyirik.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300