Milli Qəhrəman vəfat etdi

Goranboy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev 72 yaşında vəfat edib.

Bu barədə məlumatı mərhumun qohumları sosial şəbəkədə ictimailəşdiriblər.

Maşallah Abdullayev 1992-1993-cü illərdə Goranboy Rayon İcra Hakimiyyətininbaşçısı vəzifəsində çalışıb.

O, hələ icra başçısı işləməzdən öncə - Qarabağ müharibəsi başlayanda könüllülərdən ibarət dəstə yaradaraq döyüşlərdə iştirak edib. Ağcakənd də daxil olmaqla bir sıra kəndlərin erməni işğalçılarından azad edilməsində böyük xidmətləri olub.

Azərbaycan Prezidentinin 23 iyun 1992-ci il tarxili fərmanı ilə "Milli Qəhrəman" adına layiq görülmüşdü.

Birinci Qarabağ Müharibəsindən sonra M.Abdullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Surasının sədri olub. İgidliyə görə general Məhəmməd Əsədov adına mükafata və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalına layiq görülüb.

Mərhum uzun müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Allah rəhmət eləsin.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300