Ermənistan xarici işlər naziri: "Biz Təbrizdə baş konsulluq açmaq niyyətindəyik”

 

"Mən Ermənistanın Təbrizdə baş konsulluq açmaq niyyətini bir daha təsdiq edirəm”.


Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu oktyabrın 21-də İranın Qafandakı baş konsulluğunun açılış mərasimində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

O qeyd edib ki, İran həmişə Ermənistanın əsas tərəfdaşı olub və belə də qalacaq.

"Əməkdaşlığımıza geniş siyasi gündəm, habelə ticarət, enerji, nəqliyyat, turizm, elm, təhsil, mədəniyyət sahələrində sıx əlaqələrin qurulması da daxildir. Ümid edirik ki, bu münasibətlər daha da dərinləşəcək və yeni nəfəs alacaq”, – deyə Mirzoyan bildirib.

Qeyd edək ki, baş konsulluğun açılış mərasimində İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian da iştirak edib.

Xatırladaq ki, İran hökuməti ötən ilin sonunda Sünikdə baş konsulluq açmaq qərarına gəlib. Morteza Abedin Varamin İranın Qafanda baş konsulu təyin edilib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300