Türkiyənin müdafiə naziri: "Azərbaycan Ordusunun bütün ehtiyacları təmin ediləcək”

 

"Azərbaycan Ordusunun ehtiyacı olan nə varsa, bütün hamısı təmin ediləcək”.

Uluyol.info xəbər verir ki, bu sözləri Report-a Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

"Əsas məsələ Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinin minimum ehtiyaclarını təmin etməsidir. Bunların bir qisminin Azərbaycanda istehsalı, digər bir qisminin isə Azərbaycana gətirilməsi, tədarükü müzakirə mövzusudur”, - deyə o bildirib.

H.Akar deyib ki, bu mövzuda işlərimiz çox uğurlu şəkildə davam edir:

"Yaxın günlərdə irəli addımlar atılacaq. Azərbaycan ordusunun ehtiyacı olan nə varsa, bütün hamısı təmin ediləcək. Azərbaycan daha təhlükəsiz olacaq”.

Onun sözlərinə görə, əsas məsələ Azərbaycanın müdafiəsidir:

"Ordu müdafiənin arzu edilən səviyyədə olması deməkdir. Ordunun donanması üçün bir tərəfdən logistika, digər tərəfdən hərbçilər var. Bu baxımdan quru və hava silahları, dənizdə istifadə edilən silahlar var. Biz bu məsələ üzərində intensiv işləyirik, əməkdaşlıq edirik, tərəfdaşlığımız davam edir. Əlimizdən nə gəlirsə, başqa məsələlərdə olduğu kimi, bu mövzuda da azərbaycanlı bacı-qardaşlarımızı dəstəkləməyə davam edirik. Bütün bunların hamısını uğurlu şəkildə reallaşdırsaq, birlikdə işlərimiz olacaq. Təbii ki, zamana bağlı mövzular var”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300