İspaniyanın "Barcelona" klubunun türkiyəli futbolçusu Arda Turan Türkiyədə baş verən terror hadisə ilə bağlı dünyaya səslənib.

Lent.az-ın məlumatına görə, bu barədə Arda Turan özünün facebook səhifəsində paylaşım edib: "İndi bizim acılarımızı paylaşmaq vaxtıdır. Bütün dünyaya səslənirəm. Bu tək bizim problemimiz deyil, sənin, mənim, hamımızın. Terrora qarşı bir olmaq zamanıdır. Biz yer üzündə torpağa düşən hər can üçün göz yaşı tökdük. Acılara, sizin ərazilərinizdə olanda belə sizlərlə bərabər üzüldük. İndi hər zaman təriflədiyiniz dəyərlərinizə layiq davranın və ayağa qalxın. Çünki insanı qiymətli edən onun yaşadığı ərazi deyil. Biz sizin acılarınız olduğunda əlimizi uzatdıq, sizinlə bərabər ağladıq. İndi mənim ölkəmdə, heç tanımadığınız evlərdə: analar, atalar, övladlar, bacılar, qardaşlar, həyat yoldaşları ağlayır. Reaksiyanızı indi göstərin. Mən Türkiyəni təmsil edən bir idmançı olaraq sizdən bunu gözləyirəm. Hamımız gözləyirik. Çünki bu sadəcə bizim dərdimiz deyil. Terror təkcə bizim deyil".

 Qeyd edək ki, dünən Türkiyənin paytaxtı Ankarada baş verən terror hadisəsində  37 nəfərin öldüyü, 120-dən çox şəxsin yaralandığı bildirilir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300