Neymar məhkəmədə ifadə verib

 

Braziliyalı millisinin və Fransanın PSJ klubunun futbolçusu Neymar məhkəmədə ifadə verib.

"Report" xəbər verir ki, 2013-cü ildə ölkəsinin "Santos" klubundan Kataloniya təmsilçisinə keçərkən saxtakarlığa yol verməkdə ittiham olunan braziliyalı hücumçu transfer işləri ilə atasının məşğul olduğunu bildirib.

Onun sözlərinə görə, həmin vaxt "Real Madrid"dən də təklif almışdı: "Amma ürəyim məni "Barselona"ya apardı. Bütün işləri atam gördü, mən sadəcə, müqaviləyə qol çəkdim".

Qeyd edək ki, 30 yaşlı forvardın transfer hüquqlarının 40 faizinə sahib olan Braziliyanın DIS şirkəti oyunçunun azadlıqdan məhrum olunması üçün məhkəməyə müraciət edib.

İddiaya görə, təcrübəli forvard İspaniya "Barselona"sında çıxış edərkən şirkətə çatmalı olan 35 milyon avronu ödəməyib. Vəsait futbolçunun müqaviləsindəki gizli bəndlərə görə şirkətin hesabına köçürülməyib.

Neymar "Santos"dan "Barselona"ya 88 milyon avro təzminat qarşılığında keçib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300