Bu məmurlar Səlim Müslümovun məhkəməsinə məcburi gətiriləcək

 

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəməsi davam edir.

"Qafqazinfo” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda bir sıra şəxslərin məhkəməyə məcburi gətirilməsi barədə qərar çıxarılıb. Belə ki, S.Müslümovun dövründə yüksək vəzifələrdə çalışmış bir sıra şəxslər ifadə vermək üçün məhkəməyə dəvət olunsa da, onlar uzun müddətdir, məhkəmədən yayınırlar. Buna görə də hakim aşağıdakı şəxslərin məhkəməyə məcbur gətirilməsi barədə müvafiq polis şöbələrinə məktublar göndərib:

- ƏƏSMN-in Protez-Ortopedik Bərpa Mərkəzinin direktoru Asif Məcidov

- ƏƏSMN-in Təchizat şöbəsinin müdiri Səadət Baxışəliyeva

- DSMF-nin Ağdam, Astara, Qax, Yevlax, Şirvan və Sumqayıt üzrə şöbə müdirləri

Məhkəmənin növbəti iclası oktyabrın 24-nə təyin edilib.

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Dövlət Sosial Müdafiə Fondunun sədri (2002-2013) və nazir (2013-2018) işlədiyi dövrlərdə 27 milyon manatlıq rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunur. Sabiq nazir həmin puldan 20 milyon manatını istintaq dövründə ödəyib. 8 milyon manatlıq əmlakı üzərinə isə həbs qoyulub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300