Mustafa Dənizlinin istefasından sonra baş məşqçi axtarışlarını davam etdirən "Qalatasaray”da ilk namizəd məlum olub. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, "cim-bom”u bu komandanın əfsanəvi futbolçusu Bülənt Korkmaz çalışdıra bilər.

 

İstanbul klubu onu mövsümün sonuna qədər komandanın "sükanı arxası”na gətirmək niyyətindədi. Bülənt Ündərdən "yox” cavabı alan, Okan Buruku isə klubda görmək istəməyən rəhbərlik "böyük kapitan”dan fədakarlıq etməyi istəyəcək.

 

"Qalatasaray”ın uğurları üçün daim gözüyumulu canını ortaya qoyan Korkmazla klub prezidenti Dursun Özbək bu günlərdə görüşməyi planlaşdırır. Tərəflər razılığa gələ bilsələr, "sarı-qırmızılılar”ı Superliqanın növbəti turu çərçivəsində martın 20-də "Fənərbaxça” derbisinə məhz Korkmaz çıxaracaq.

 

Son çempion gənc mütəxəssisi hələlik mövsümün sonuna qədər baş məşqçi postuna gətirməyi düşünür. Sabiq "Bakı”lı ümidləri doğruldarsa, onunla yeni müqavilə imzalanması da istisna deyil.

 

Qeyd edək ki, futbolçu karyerası yalnız "Qalatasaray”la bağlı olan Bülənt Korkmaz 2007-ci ildən məşqçiliyə başlayıb. 2009/10 mövsümündə "Bakı”nı çalışdırmış "böyük kapitan” ölkəmizə gəlməzdən əvvəl qısa müddət "Qalatasaray”ın da "sükanı arxası”nda olub.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300