"Bu tələblər jurnalistlər arasında ayrı-seçkiliyin yaranmasının qarşısını alacaq" -Səidə Şəfiyeva

 

"”Media Haqqında” qanunun tələbləri və Media Reyestrinin aparılması qaydaları hər kəsə şamil olunur”.

Bu sözləri Yenicag.az-ın mətbuatda uzun müddət fəaliyyət göstərən, peşəkarlığı və nüfuzu şübhə doğurmayan, lakin Media Reyestrində qeydiyyat üçün qoyulan bəzi tələblərə cavab verməyən jurnalistlərlə bağlı sualını cavablandıran MEDİA-nın Kommunikasiya və informasiya texnologiyaları departamentinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva deyib.

Onun sözlərinə görə, Media Reyestrinə aid tələblər jurnalistlər arasında ayrı-seçkiliyin yaranmasının qarşısını alacaq:

"”Media Haqqında” qanunun tələblərindən irəli gələn, eyni zamanda Media Reyestrinin aparılması qaydalarına uyğun olaraq hazırlanan tələblər hər kəsə şamil olunur. Yəni bu məsələdə hansısa ayrı-seçkilik edilmir. Əgər jurnalist qarşıya qoyulan tələblərə cavab verirsə, bu zaman Media Reyestrinə müraciət edə bilər və o, müsbət nəticə əldə edəcək”.


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300