Havanın temperaturu dəyişəcək- Bu tarixdən

 

Bu günlərdə bölgələrdə 38, paytaxtda isə 33 dərəcə istinin qeydə alınması sentyabr ayı üçün qeyri-adi hadisə deyil.

"Qafqazinfo” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Xidmət rəisi qeyd edib ki, son günlər paytaxtda havanın temperaturu iqlim normasından 6 dərəcə yüksəkdir.

"Davamlı cənub-şərq istiqamətli hava axını havada nisbi rütubətin artmasına səbəb olur. Hətta nisbi rütubət gündüzlər 60-80% arasında dəyişir ki, bu da normadan xeyli yüksəkdir”, - deyə U.Tağıyeva vurğulayıb.

U.Tağıyevanın sözlərinə görə, havanın rütubəti insan orqanizminə təsir edən əsas amillərdən biridir.

"30 dərəcədən yüksək temperatur şəraitində bu cür nisbi rütubət orqanizmin istilik ötürmə sürətinə təsir etməklə insanların əhvalında mənfi reaksiya yaradır. Belə ki, isti hava şəraitində yüksək rütubət, dərinin səthindən nəmin çıxmasına sanki mane olur, istilik ötürülməsi yavaşlayır, bu da bəzi narahatlıqlara səbəb olur”.

Xidmət rəsmisi onu da bildirib ki, sentyabrın 23-nə kimi havada ciddi dəyişikliklər gözlənilmir, cənub-şərq küləyi üstünlük təşkil edəcək, lakin sentyabrın 24-dən başlayaraq hava dəyişəcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300